Mobil versiya
"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" - Deputat
Tarix: 25-11-2025 | Saat: 12:32
Bölmə:Parlament | çapa göndər

"Qanunsuz olaraq malın, maşının saxlanılmasından uzaq durmalıdırlar" -

"Yüklər nə zaman xarab olur? Qanunsuz və əsassız saxlama ilə bağlı olanda. Yükü bir neçə gün saxlayanda bu olur. Bizə qonşu olan ölkələrdə bir çox hallarda rahatlıqla 1-2 saata həll olunan prosedur, bizim əraziyə keçəndən sonra bir çox hallarda 1-2 gün yubadılmaqla baş verir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, belə olan halda malın xarab olmasına görə məsuliyyət ekspeditorun üzərində qalır: "Bu da müştəri ilə aralarında böyük mübahisələr yaradır. Gələcəkdə beynəlxalq yük daşımalarında bu problemlər daha çox ortaya çıxacaq. İndidən müvafiq qurumların məsuliyyət məsələsini qoymayılıq. Müvafiq orqan qanunsuz olaraq 3-5 gün hansısa malın, maşının saxlanılması məsələsindən uzaq durmalıdır. Ancaq məsuliyyət olanda uzaq duracaq. Məsuliyyət olmadıqda həmişə müştəri haqsız çıxacaq. Təklif edirəm ki, bu qanun layihəsində mütləq müavfiq icra hakimiyyəti orqanının məsuliyyətinin konkretləşməsi məsələsinə baxılsın. Bu ölkənin imicidir. Ölkəyə gələn malların, yüklərin daşınması məsələsində əlavə problemlər yaşanmasın, ölkənin iqtisadi nüfuzu aşağı düşməsin".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025