Mobil versiya
“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi -Fotolar
Tarix: 23-11-2025 | Saat: 20:26
Bölmə:Özəl | çapa göndər

“LS Academy” növbəti layihəsini uğurla həyata keçirdi

23.11.2025-ci il tarixində LS Academy-nin direktoru, bir neçə dövlət və digər uğurlu layihələrin rəhbəri olan Lalə Şirinzadə tərəfindən gənclərin xidmətlərinin yüksək qiymətləndirilməsi mövzusunda ölkənin fəal gəncləri ilə yeni görüş keçirilib.

Görüşdə spiker qismində tanınmış dövlət işçiləri və tanınmış simalar iştirak edib, öz bilik və təcrübələri ilə gənclərə maarifləndirici mövzular üzərində danışıblar. Tədbirdə xüsusi fəallıq göstərən gənclər layihə rəhbəri Lalə Şirinzadə tərəfindən fəxri diplomlarla, digər gənclər isə iştirakçı diplomları ilə təltif olunublar. Bildirdiyimiz kimi, Lalə xanım Şirinzadə bundan əvvəl də dəfələrlə müxtəlif mövzularda layihələr təşkil edib və hər birini uğurla başa vurub. Tədbirdə 120-dən çox fəal gənc iştirak edirdi.

Lalə xanım yaşının gənc olmasına baxmayaraq, artıq belə tədbirlərin təşkilatçılığında sözünü demiş, kolleqaları və fəal gənclər arasında böyük hörmət, ehtiram və etimad qazanmış bir təşkilatçı kimi tanınır. LS Academy-nin bundan sonra da bu kimi tədbirləri daha çox təşkil edəcəyi, fəallığı yüksək olan gənclərə öz işlərində dəstək olacağı və onlara təkan verəcəyi bildirilib.

Biz də öz növbəmizdə Lalə xanım Şirinzadəyə bu cür tədbirlər və layihələr təşkil etdiyinə, özünün gənc olmasına baxmayaraq gənclərin yanında durduğuna və onlara dəstək olduğuna görə dərin təşəkkürümüzü bildirir, ona gələcək işlərində uğurlar və xeyirlər diləyirik.

aia.az















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2025