BMT-nin Baş katibi Anter Quterreş G20 üzvlərini dünyada münaqişələri dayandırmağa çağırıb
Tarix: 21-11-2025 | Saat: 22:29
Bölmə:Özəl | çapa göndər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanın qarışıq bir dövrdən keçdiyini bildirib və G20 üzvlərini münaqişələrə son qoymaq üçün təsirlərindən istifadə etməyə və səslərini ucaltmağa çağırıb.Quterreş Cənubi Afrikanın Yohannesburq şəhərində iki günlük G20 Liderlər Zirvəsindən əvvəl mətbuata açıqlama verib.
Dünyanın qarışıq dövrlərdən keçdiyini qeyd edən Quterreş deyib: "Münaqişələr, iqlim xaosu, iqtisadi qeyri-müəyyənlik, artan borc, bərabərsizlik və qlobal yardımın azalması dünyada böyük əzablar yaradır".
Quterreş G20 Zirvəsində iştirak edən liderləri inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı və dəstəyi göstərməyə, qlobal istiləşmə ilə mübarizə aparmaq üçün öhdəliklərini yerinə yetirməyə və nəticə etibarilə sülh üçün tədbirlər görməyə çağırıb.
"Mən G20 üzvlərini dünyada çoxlu ölüm, dağıntı və qeyri-sabitliyə səbəb olan münaqişələrə son qoymaq üçün təsirlərindən və səslərindən istifadə etməyə çağırıram", - deyə Quterreş Sudan, Konqo Demokratik Respublikası və Sahel də daxil olmaqla dünyanın bir çox bölgəsində sülhə ehtiyac olduğunu vurğulayaraq bildirib.
Quterreş əlavə edib ki, Qəzza üçün də sülh "atəşkəsin qorunması, davam edən pozuntulara son qoyulması və sülh müqaviləsinin öhdəliklərinin tam yerinə yetirilməsi, işğala son qoymaq üçün etibarlı siyasi yol yaradılması" yolu ilə lazımdır.
"Ukraynada sülh BMT qətnamələrinə uyğun olmalıdır"
Görüşün sual-cavab sessiyası zamanı Quterreş ABŞ-ın Rusiya-Ukrayna müharibəsi üçün hazırladığı 28 maddəlik sülh planı ilə bağlı suala cavab verərək, mövcud media xəbərlərindən başqa bu məsələ ilə bağlı az məlumata malik olduğunu bildirib.
Quterreş bildirib ki, istənilən sülh planı üçün meyarlar "BMT Nizamnaməsinə uyğun olmalıdır" və əlavə edib: "Bizim fikrimizcə, Ukrayna üçün sülh həlli Ukraynanın ərazi bütövlüyünə hörmət edilməli olduğunu açıq şəkildə bildirən BMT qətnamələrinə uyğun olmalıdır". O, bu ifadələri işlədib.
ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanan Ukrayna və Rusiya arasında 28 bəndlik sülh planının Kiyevə təqdim edildiyi bildirilib.
Ukrayna Prezident Aparatının 20 noyabrda yayımladığı yazılı açıqlamada deyilirdi: "Ukrayna Prezidenti ABŞ tərəfindən göndərilən plan layihəsini rəsmi olaraq alıb. ABŞ tərəfi bu planın diplomatiyanı gücləndirə biləcəyini bildirir". Həmçinin qeyd edilib ki, Zelenski yaxın günlərdə məsələni müzakirə etmək üçün Trampla görüşə bilər.
İddia edilirdi ki, Ukrayna administrasiyası 28 bəndlik sülh planının bir neçə bəndinə, o cümlədən Kiyevin şərqdəki əlavə ərazilərdən imtina etməsi və heç vaxt NATO-ya qoşulmayacağını qəbul etməsinə etiraz edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər