Müasir dövlətçilik tariximizin dönüş nöqtəsi
Tarix: 21-11-2025 | Saat: 11:39
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın müasir siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaranması 1992-ci il 21 noyabr tarixi ilə bağlıdır. Bu gün təkcə bir siyasi təşkilatın formalaşması deyil, həm də müstəqilliyini yenidən bərpa etmiş, lakin ağır sınaqlarla üz-üzə qalmış Azərbaycanın xilası üçün başlanmış böyük siyasi missiyanın təməli kimi dəyərləndirilir. YAP-ın yaranması Azərbaycan cəmiyyətinin çağırışı, xalqın ümidi və dövlətçiliyin qorunması naminə atılmış taleyüklü addım idi.
1992-ci ilin payızında ölkədə dərin siyasi böhran hökm sürürdü. Hakimiyyətsizlik, idarəetmədə səriştəsizlik, Qarabağda gərgin hərbi-siyasi vəziyyət və ölkənin hərtərəfli tənəzzülü xalqın ciddi narazılığını doğururdu. Məhz belə bir çətin dövrdə ölkənin tanınmış ziyalıları və ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevə müraciət edərək Azərbaycanın bu çıxılmaz vəziyyətdən xilas olunmasında onun tarixi roluna və liderlik missiyasına böyük ümid bəslədiklərini bildirdilər. Bu müraciətin nəticəsi olaraq 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
YAP-ın yaranması ölkədə siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və müstəqilliyin qorunması üçün geniş ictimai dəstəyə malik güclü siyasi qüvvənin formalaşmasını təmin etdi. Heydər Əliyevin sədr seçildiyi partiya qısa zaman ərzində xalqın etimadını qazandı və Azərbaycanın siyasi səhnəsində aparıcı mövqeyə yüksəldi.
Partiyanın yaranmasının ardınca ölkədə proseslər tamamilə yeni məcraya yönəldi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, ölkədə tamamilə yeni idarəetmə sisteminin qurulması YAP-ın siyasi ideologiyasının praktiki nəticələrinə çevrildi. Bu ideologiyanın mərkəzində dövlətçilik prinsipləri, milli maraqların qorunması, Azərbaycançılıq fəlsəfəsi və davamlı inkişaf strategiyası dayanırdı.
Sonrakı illərdə YAP Azərbaycanın siyasi sisteminin formalaşmasında, iqtisadi islahatların həyata keçirilməsində, beynəlxalq əlaqələrin genişlənməsində və müasir dövlət quruculuğunda əsas siyasi qüvvə rolunda çıxış etdi. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında partiya yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə dövlət quruculuğunun bütün istiqamətlərində modernləşmə prosesləri sürətləndi, ölkə regional və qlobal miqyasda nüfuz sahibi oldu.
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən illərə nəzər saldıqda, onun fəaliyyətinin Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində qurulmasında həlledici rol oynadığını görürük. Partiyanın həyata keçirdiyi siyasi xətt nəticəsində Azərbaycan XXI əsrə güclü, inkişaf edən və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi daxil olmuşdur. YAP-ın ideologiyası müstəqilliyin əbədiliyi, dövlətin gücü, milli birliyin qorunması və xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərə əsaslanır.
21 noyabr 1992-ci ildə YAP-ın yaradılması Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi olmuşdur. Bu tarixi hadisə milli dövlətçiliyin qorunması və inkişafı üçün möhkəm əsas yaratmış, xalqın taleyində mühüm rol oynamışdır. Bu gün YAP-ın yaranma tarixini qeyd edərkən, eyni zamanda Azərbaycanın müasir inkişaf yoluna işıq salan siyasi irs və liderlik ənənələri də yad edilir.
Əminə Ağazadə
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2025
20-11-2025