Mobil versiya
"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil" - Nazir
Tarix: 21-11-2025 | Saat: 09:41
Bölmə:Təhsil / Manşet | çapa göndər

"Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil" -

"Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil".

aia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.

"Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq yox, məktəbə və uşaqlara xidmət etmək olmalıdır. Əgər kimsə bu prinsipləri pozursa və özəl qazancı məktəbin qarşısında üstün tutursa, o zaman bu, müəllimlik mövqeyi deyil. Çünki müəllimlik vicdan, münasibət və məsuliyyət tələb edən bir peşədir. Müəllim məktəbə "müştəri yeri" kimi baxırsa, o mənim üçün müəllim deyil", - deyə nazir bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025