Qalib Mirzəyev: “Ulu Öndər Yeni Azərbaycan Partiyasını “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi”
Tarix: 21-11-2025 | Saat: 12:31
Bölmə:Siyasət | çapa göndər

“Bu gün bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünü böyük coşqu ilə qeyd edir. Bu barədə danışarkən, ilk növbədə qeyd olunmalıdırf ki, partiyamızın yaranması tarixi zərurətdən doğan hadisə idi. Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində öz müstəqilliyini yeni bərpa etmiş gənc Azərbaycan Respublikası çətin və mürəkkəb günlərini yaşayırdı. Ölkəmizin üzləşdiyi hərbi məğlubiyyətlələr eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən dağıdıcı proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Məhz o zaman dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Məhz bu mənada YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Beləliklə, 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyinə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninə üz tutdu. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahişi yer almışdı.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında İmişli rayon bələdiyyəsinin sədir, Yeni Azərbaycan Partiyasının üzvü Qalib Mirzəyev deyib.
Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, həmin vaxt Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Ümummilli Liderimizin Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən maneələr törədilməsi səbəbilə partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, YAP-ın təsis konfransını orada keçirməyə nail oldular: “Həmin dövrdə ölkədə heç bir demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla izah olunurdu. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Lakin xalqın öz xilaskar oğlu Heydər Əliyevə olan sonsuz inanmını heç bir qüvvə sarsıda bilmədi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də Ümummilli Liderin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.”
Sonda Qalib Mirzəyev Ulu Öndər Heydər Əliyev siyasi kursunun bu gün də ölkəmizdə uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq neçə müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövlətidir və bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Ölkəmiz Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq tanıdıb. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək” – deyə, Qalib Mirzəyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2025