"Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır" - Prezident
Tarix: 21-11-2025 | Saat: 11:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır.
aia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır:
"Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2025
20-11-2025