Azər Kərimli: “Kəlbəcərin dirçəlişi həm ədalətin bərpası, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsidir”
Tarix: 21-11-2025 | Saat: 10:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Kəlbəcər Azərbaycan tarixinin, mədəniyyətinin və mənəvi irsinin ən uca zirvələrindən biridir. Bu diyarda mövcud olan qədim yaşayış izləri burada minillər boyu formalaşmış həyatın və müxtəlif mədəniyyətlərin canlı şahididir. Arxeoloji tədqiqatların üzə çıxardığı mağaralar, qayaüstü rəsmlər və erkən türklüyün izlərini daşıyan yazılar Kəlbəcərin tarixinə əbədi möhür kimi həkk olunub. Burada müxtəlif dövrlərdə atəşpərəstlikdən başlayaraq xristianlıq və islama qədər hökm sürmüş dini-fəlsəfi dünyagörüşlərin əlamətləri Kəlbəcərin müxtəlifliklərlə zəngin olan mədəni irsinin parlaq nümunələridir. Coğrafi baxımdan Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcər həm strateji, həm də təbii baxımdan əvəzsiz bir bölgədir və bununla da ölkəmizin inkişaf tarixində özünəməxsus yer tutur.”
Bu fikirləri Kəlbəcər şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili daha sonra Kəlbəcərin işğalından bəhs edərək bildirib ki, 1993-cü ildə baş vermiş bu faciə Azərbaycan üçün təkcə ərazi itkisi deyil, həm də Kəlbəcərin çoxəsrlik tarixinə qarşı törədilmiş mədəni soyqırımı idi: “İşğal dövründə məktəblərin, muzeylərin, kitabxanaların, tarixi abidələrin dağıdılması, əhalinin didərgin salınması, ərazilərin talan edilməsi bəşəriyyətə qarşı cinayət idi. Ermənistanın beynəlxalq hüquqa zidd olaraq apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti bu ədalətsizliyin daha bir sübutu idi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qaldığı halda, Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə doğma Kəlbəcərin azad ediləcəyi günü səbirlə və əzmlə gözlədi. Bu gözlənti 2020-ci ilin Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. Ordumuzun strateji əməliyyatları, xüsusilə Kəlbəcər istiqamətində yüksəkliklərin nəzarətə götürülməsi, döyüş meydanındakı üstünlüyü təmin edən əsas amillərdən biri oldu və nəticələr Kəlbəcərin bir güllə atılmadan azad edilməsini təmin etdi. Bu gün, noyabrın 25-i, Kəlbəcər şəhəri günü kimi yalnız tarixi qayıdışın deyil, həm də böyük quruculuq mərhələsinin başlanğıcının rəmzidir. İşğaldan azad edilmiş Kəlbəcər qısa zamanda genişmiqyaslı bərpa və yenidənqurma proqramının mərkəzinə çevrilib. Şəhərin ilk yaşayış məhəlləsinin inşası, yeni kəndlərin müasir standartlara uyğun bərpası, yüzlərlə ailənin doğma torpaqlarına qayıdacağı günün yaxınlaşması dövlətimizin gücünün və siyasi iradəsinin göstəricisidir. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun çəkilməsi, enerji infrastrukturu layihələri, su elektrik stansiyalarının işə salınması bölgənin iqtisadi potensialını daha da artırır. Bu gün Kəlbəcərin hər qarışında həyat yenidən canlanır, dövlətimizin apardığı siyasət sayəsində işğalın izləri sürətlə aradan qaldırılır. Kəlbəcərin dirçəlişi həm ədalətin bərpası, həm də xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu torpaqlar bundan sonra da Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və Zəfərimizin əbədiliyini simvolizə edəcək” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-11-2025
20-11-2025