Mobil versiya
Polad Ağakişiyev: YAP-ın yaranması böyük tarixi hadisədir
Tarix: 21-11-2025 | Saat: 09:28
Bölmə:Siyasət | çapa göndər

Polad Ağakişiyev: YAP-ın yaranması böyük tarixi hadisədir

Düz 33 il bundan əvvəl, 1992-ci ilin noyabrında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da, həmin dövrdə heç vaxt Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına müxalifətdə olmamışdır. Bu bir həqiqətdir ki, həmin dövrdə təkcə Yeni Azərbaycan Partiyası deyil, bütün Azərbaycan xalqı o vaxtkı iqtidara müxalifətdə idi. Çünki onların yarıtmaz fəaliyyəti nəticəsində yenicə müstəqilliyini qazanmış ölkədə anarxiya, hərc-mərclik, özbaşınalıq hökm sürürdü. O zaman hakimiyyətdə olanların yarıtmaz fəaliyyəti demək olar ki, ölkəni uçurum kənarına gətirib çıxarmışdı. Azərbaycanda gedən proseslər ölkənin gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma, məhv olmaq ərəfəsində idi. Azərbaycan xalqının müdrikliyi və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi. Respublikamız çox inamla inkişaf etməyə başladı və qısa müddət ərzində Azərbaycan öz siyasi və iqtisadi potensialını gücləndirərək, bölgədə lider dövlətə çevrildi. Əlbəttə ki, bu, böyük tarixi hadisə idi.

Xüsusi qeyd etmək lazımdır ki,Yeni Azərbaycan Partiyası 33 il ərzində Azərbaycanda siyasi sabitliyin, inkişafın əsas daşıyıcısı, hərəkətverici qüvvəsi kimi çıxış etmişdir. Bu ali məqsədləri özünə vacib hesab edən Yeni Azərbaycan Partiyası çətin dövrdən keçərək bu günə qədər şərəfli bir yol qət etmişdir. Yeni Azərbaycan Partiyası elə bir dövrdə meydana gəldi ki, Azərbaycan çox çətin sınaqlarla üz-üzə idi. Bir tərəfdə qalmaqla-məhv olmaq arasında üzülməyə doğru gedən incə ipin üzərində dayanan dövlətçiliyimiz, digər yanda isə hakimiyyət hərisliyinin əlində əsir qalan xalq. Belə bir zamanda Azərbaycan ziyalıları təşəbbüskarlıq nümayiş etdirərək ölkəni burulğandan xilas edəcək yeganə insanın, peşəkar siyasətçi Heydər Əliyev şəxsiyyətinin ətrafında birləşmək üçün xalqa çağırış etdilər. Xalq əmin idi ki, Azərbaycanın taleyini düşünən xətt məhz bu xətt idi. Bəli, YAP, həqiqətən də dünənin, bu günün, gələcəyin partiyasıdır. Bunu məhz Azərbaycan xalqı 44 günlük Vətən savaşında bir daha sübut etdi. Xalqımız sübut etdi ki, seçimində yanılmayıb. Obrazlı şəkildə yanaşsaq, dünən işğal olunan Qarabağı görməyən Azərbaycan gəncliyi bu yolda öz canından keçərək bu günün reallığını yaratmaqla gələcək nəsillərə daha güclü Azərbaycan təqdim etdilər.

21 noyabr 1992-ci il tarixi yalnız bir partiyanın yaranması deyil, Azərbaycanın siyasi həyatında istiqamət verən böyük bir yolun başlanğıcıdır. 33 illik bir tarix həm təcrübə, həm də inkişafın simvoludur.
1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan Yeni Azərbaycan Partiyası, çətin və taleyüklü günlərdə Azərbaycan dövlətçiliyinin ən böyük dayaqlarından birinə çevrildi. Yaradıldığı ilk gündən partiyanın əsas məqsədi xalqın rifahı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın dayanıqlı inkişafı olub. Bu gün isə Ulu Öndərin müəyyən etdiyi strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz yeni mərhələlərə yüksəlir. Modern Azərbaycan modeli, güclü dövlət, güclü ordu, güclü xalq bu, artıq reallığa çevrilmiş bir konsepsiyadır. Son illərdə ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər, sosial layihələr, beynəlxalq nüfuzun artması və ən əsası torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyinin bərpası bu siyasətin real nəticələridir. Əlbəttə, bu uğurlar təkcə böyük liderlərin deyil, həm də partiyanın geniş təşkilatlanmış strukturlarının, yerli təşkilatların və sıravi üzvlərin əməyinin nəticəsidir.

Partiya üzvləri Azərbaycan cəmiyyətinin hər sahəsində - təhsilində, mədəniyyətində, dövlət idarəçiliyində, idmanında və bütün sahələrdə fəal rol oynayır. Yeni Azərbaycan Partiyasının üzvü olmaq sadəcə siyasi aidiyyət deyil, bu bir məsuliyyətdir və xalqla bir olmaq, vətəndaşa yaxın olmaq, cəmiyyətin ümumi inkişaf prosesinə töhfə vermək deməkdir.

Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyəti bir daha sübut etdi ki, ölkəmizin gücü yalnız və yalnız birlikdədir. Qarşıdakı illərdə bizi daha böyük uğurlar, qələbələr gözləyir. Partiyanın 33-cü ildönümü təkcə keçilmiş yolun qeyd olunması deyil, həm də gələcəyə baxışdır. Biz birlikdə olduğumuz müddətdə bu inkişafın davamlı olacağına inanırıq. Partiyamızın fəaliyyəti dövlətçilik ənənələrinin qorunmasına, ölkəmizin mövqelərinin daha da güclənməsinə xidmət edir.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2025