Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər
Tarix: 04-09-2025 | Saat: 10:58
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında, prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiq qaldığını bildirib.
aia.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib.
D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir.
"Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı - red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq", - ABŞ Prezidenti bildirib.
Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması əvvəllər düşündüyündən daha çətin olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2025