Ana Sayfa > Manşet / Dünya > Tramp:
Tramp:Bu gün, 10:58. Yazar: sevinc1 |
![]() ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında, prezidentlər Vladimir Putin və Volodimir Zelenskinin şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənliyin artmasına baxmayaraq, sülh sazişinin bağlanması ideyasına sadiq qaldığını bildirib. aia.az xəbər verir ki, o, bu barədə CBS telekanalına müsahibəsində deyib. D.Tramp öz mövqeyini realist-optimist kimi xarakterizə edib. O qeyd edib ki, hər iki liderin bu məsələni necə həll etməyə çalışdığını diqqətlə izləyir. "Mən bunu müşahidə etdim və bu barədə (ikitərəfli danışıqlar zamanı - red.) Putin və Zelenski ilə danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Biz öz məqsədimizə çatacağıq", - ABŞ Prezidenti bildirib. Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması əvvəllər düşündüyündən daha çətin olub. aia.az Geri dön |