Mobil versiya
DOST Mərkəzinin fəaliyyəti bərpa edildi
Tarix: 04-09-2025 | Saat: 11:45
Bölmə:Ölkə | çapa göndər

DOST Mərkəzinin fəaliyyəti bərpa edildi

Xırdalan şəhərində yerləşən Abşeron DOST Mərkəzində bu gündən etibarən vətəndaşlara xidmət tam bərpa edilib.

aia.az xəbər verir ki, bu barədə DOST Agentliyi məlumat yayıb.

"Xatırladaq ki, bir neçə gün öncə mərkəzin inzibati binasında baş vermiş yanğın səbəbindən fəaliyyət müvəqqəti olaraq dayandırılmışdı. Hadisədən sonra aparılan zəruri təmir-bərpa işləri artıq başa çatdırılıb və mərkəz yenidən normal iş rejimində fəaliyyətini davam etdirir.

Vətəndaşlar sosial xidmətlərdən yararlanmaq üçün Abşeron DOST Mərkəzinə əvvəlki qaydada müraciət edə bilərlər",- deyə məlumatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-09-2025