ÜST zəlzələdən zərər çəkmiş Əfqanıstana 4 milyon dollarlıq yardım çağırışı edib
Tarix: 04-09-2025 | Saat: 15:04
Bölmə:Özəl | çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrini yüngülləşdirmək üçün 4 milyon dollar dəyərində təcili yardım çağırışı edib.
ÜST-nin məsələ ilə bağlı yazılı bəyanatında deyilir: "Həyat xilasedici sağlamlıq yardımı üçün təcili olaraq 4 milyon dollara ehtiyac var. ÜST həyati xilasedici sağlamlıq müdaxilələri, mobil sağlamlıq xidmətlərinin genişləndirilməsi və təsirlənmiş ərazilərdə su, kanalizasiya və gigiyena fəaliyyətlərini dəstəkləmək üçün 4 milyon dollar tələb edir".
Əfqanıstanda 6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1400-ü ötüb
Bəyanatda bildirilir ki, 31 avqustda Əfqanıstanın şərqində 1457-dən çox insanın ölümü və 3394-dən çox insanın yaralanması ilə nəticələnən 6 bal gücündə dağıdıcı zəlzələdən sonra ÜST fövqəladə vəziyyətə reaksiyasını artırıb. O əlavə edib ki, ölənlərin sayının artacağı gözlənilir.
Çox sayda ailənin dağıntılar altında qaldığı vurğulanan açıqlamada, "6782-dən çox ev dağılıb, minlərlə insan evsiz qalıb və ağır şəraitlə üzləşib. Xəstəxanalar ağır yaralı xəstələrin axını ilə doludur, onların çoxu təcili əməliyyata və ciddi tibbi yardıma ehtiyac duyur".
Əfqanıstan zəlzələsi
ABŞ Geoloji Xidməti (USGS) avqustun 31-də Əfqanıstanda 6 bal gücündə zəlzələnin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Yerli rəsmilər bunu ölkədə baş verən ən güclü zəlzələlərdən biri kimi qiymətləndiriblər.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-09-2025