Adəm İsmayıl Bakuvi: “Azərbaycanın ŞƏT platformasında fəallığı milli iqtisadi maraqlarımızın qorunması ilə yanaşı, regionun gələcəyinə yönəlik strateji seçimdir”
Tarix: 03-09-2025 | Saat: 11:21
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Çin səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirakı bir sıra mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın çoxvektorlu xarici siyasətinin, Avrasiya məkanında artan strateji rolunun və regional əməkdaşlığa verdiyi önəmin növbəti təsdiqidir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi və geoiqtisadi xəritənin sürətlə dəyişdiyi bir zamanda Azərbaycanın belə platformalarda fəal iştirakı ölkənin maraqlarının təmin olunması, yeni iqtisadi imkanların əldə edilməsi, regional təhlükəsizlik sisteminə töhfə verməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.
Partiya sədri bildirib ki, son illər Azərbaycan-Çin münasibətlərinin sürətlə inkişafı ölkəmizin ŞƏT ilə əməkdaşlığına da müsbət təsir göstərib: “Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Həmin dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayıb. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yüksək dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını da qeyd edə bilərik. Dövlət başçılarının görüşləri, telefon danışıqları, məktub mübadiləsi əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində müstəsna rol oynayır. Azərbaycan Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı da söyləyib ki, Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib. “Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq” - deyə, dövlətimizin başçısı vurğulayıb. Cənab Prezident çıxışında, həmçinin Zəngəzur dəhlizinin önəminə diqqət çəkərək deyib ki, yaxın gələcəkdə bu dəhliz həm Orta dəhlizin, həm də “Şimal-Cənub” dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. Zəngəzur dəhlizi (TRIPP) Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.
Politoloq ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tiencin Bəyannaməsinin gələcək üçün olduqca böyük perspektiv vəd etdiyini bildirib: “Ümumiyyətlə, Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının iclasında 20 sənəd imzalanıb. Cənab Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində keçirdiyi görüşlər bir daha onu göstərir ki, nəqliyyat-logistika, enerji və iqtisadi aktivliyin yüksək tempdə davamı Azərbaycan-Çin münasibətlərində prioritet istiqamətdir. Xüsusilə, Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqunla görüş sözügedən aspektlərin müzakirəsi, həmçinin davamlı inkişafın təmini baxımından olduqca vacibdir. Bakıdan keçən beynəlxalq dəhlizlər Şərqlə Qərbi, Şimal ilə Cənubu birləşdirir. ŞƏT-in genişlənən imkanları Azərbaycanın dünya bazarına çıxışını gücləndirir, sərmayə axınını sürətləndirir, elm və texnologiyada yeni tərəfdaşlıqlar üçün zəmin yaradır. Qlobal güc balansının dəyişdiyi bu dövrdə Azərbaycanın ŞƏT platformasında fəallığı milli iqtisadi maraqlarımızın qorunması ilə yanaşı, regionun gələcəyinə yönəlik strateji seçimdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-09-2025