Novruzəli Aslanov: “Azərbaycan beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verir”
Tarix: 03-09-2025 | Saat: 10:19
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunmuş Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) ərazisinə və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olması bu təsisatın yüksək nüfuzunu şərtləndirən əsas amillərdən biridir. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Cari ilin 1 sentyabr tarixində Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib. Təşkilatın sədri statusunda Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çinə səfər edib. Qeyd edək ki, bundan əvvəl dövlətimizin başçısı təşkilatın 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilmiş ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun və ölkəmizin getdikcə möhkəmlənən beynəlxalq nüfuzunun daha bir göstəricisidir. ŞƏT-in Tiencin Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri bir araya gəliblər. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetirilib.”
Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən millət vəkili Prezident İlham Əliyevin sentyabrın 1-də Tiencində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan artıq uzun illrdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bu ölkələrdən biri də Çin Xalq Respublikasıdır. Tiencin Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev son iki ildə Çinlə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini qeyd etdi. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələri qurulub. Bu il dövlət başçımızın Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı. Ölkəmizin üçüncü dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır və ölkəmiz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-09-2025