Mobil versiya
Manaf Manafov: “1991-ci il sentyabrın 3-də Azərbaycanın dövlətçilik tarixində ən mühüm səhifələrdən biri yazılmış oldu”
Tarix: 03-09-2025 | Saat: 10:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

Manaf Manafov: “1991-ci il sentyabrın 3-də Azərbaycanın dövlətçilik tarixində ən mühüm səhifələrdən biri yazılmış oldu”

“1990-cı il 20 iyul tarixində Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev iki gün sonra, iyulun 22-də Naxçıvana yola düşdü. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Bununla da dahi rəhbərin parlaq siyasi fəaliyyətində Azərbaycan tarixini tamamilə yeni bir istiqamətə yönəldəcək möhtəşəm dövrün başlanmasına əsaslı zəmin yarandı. Bu hadisədən cəmi 11 ay sonra, 1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi isə müstəqil Azərbaycanın dövlətçilik tarixində ən mühüm səhifələrindən birini açmış oldu. Təbii ki, hələ bu tarixi hadisəyə qədər Naxçıvanda həyata keçirilən demokratik tədbirlər artıq bütün Azərbaycana nümunə olmuşdu. Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil edərək, böhranın, habelə keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi nöqsanları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etmişdi. Ümummilli Liderin çağırışını xalq ruh yüksəkliyi ilə qarşılamışdı. Məhz həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.”

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Fikirlərini davam etdirən Manaf Manafov Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrünü əhatə edən 1990-1993-cü illərdə qəbul olunan tarixi qərarların bütün Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb: “Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, birbaşa Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. 1990-1993-cü illərdə Ulu Öndər Heydər Əliyev özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq milli dövlətçilik quruculuğunun təməllərini yaratdı. Əlbəttə ki, Ulu Öndər öz xalqına güvəndiyi kimi, naxçıvanlılar da öz gələcək talelərini bir an belə olsun tərəddüd etmədən bu dahi şəxsiyyətə etibar etmişdilər. Məhz buna görə də 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndər yekdilliklə Ali Məclisin sədri seçildi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Naxçıvandan başlayan müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan bu gün artıq qlobal miqyasda cərəyan edən hadisələrə təsir etmək imkanlarına və yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir” – deyə,Manaf Manafov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2025