Mobil versiya
Fransada yay yanğınları 30 min hektar meşə sahəsini məhv edib
Tarix: 03-09-2025 | Saat: 08:21
Bölmə:Özəl | çapa göndər

Fransada yay yanğınları 30 min hektar meşə sahəsini məhv edib
Fransanın Ekoloji keçid, biomüxtəliflik, meşə təsərrüfatı, dəniz və balıqçılıq naziri Agnes Pannier-Runacher 1900-cü ildən bəri üçüncü ən isti yayı yaşayan ölkədə baş verən yanğınlarda 30 min hektar meşə sahəsinin məhv edildiyini bildirib.
Pannier-Runacher, paytaxt Parisdə keçirdiyi mətbuat konfransında yay aylarında ölkənin böyük bir hissəsini təsir edən hava istiliyi ilə bağlı açıqlama verib.

Fransanın 1900-cü ildən bəri üçüncü ən isti yayın yaşadığını qeyd edən Pannier-Runacher avqust ayında ölkənin cənubunun müxtəlif bölgələrində temperaturun 40 dərəcə Selsidən çox olduğunu qeyd edib.


Pannier-Runacher, yay aylarında iki son dərəcə şiddətli isti dalğasının yaşandığını və isti dalğaların önümüzdəki illərdə daha tez-tez və sıxlaşacağını bildirib.

O, bu yay ölkədə baş verən yanğınlarla bağlı “Meşə yanğınları 30 min hektar ərazini məhv edib” deyib. Pannier-Runacher, 11 min hektardan çox meşə sahəsini yandıran Ribaute kəndində baş verən yanğının son 52 ili nəzərə alsaq, Aude departamenti və Aralıq dənizi üçün "tarixi" olduğunu bildirdi.

Fransa Meteorologiya Agentliyinin baş direktoru Vircinie Schwarz da Fransada 1947-ci ildən bəri 51 isti dalğasının qeydə alındığını, 25-inin 1947-2011, qalan 26-nın isə 2011-ci ildən bəri qeydə alındığını bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2025