Eltun Süleymanov: “Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları 1991-1993-cü illərdə Naxçıvanda müəyyənləşdirildi”
Tarix: 03-09-2025 | Saat: 11:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci ildə keçirilmiş fövqəladə sessiyasında etdiyi tarixi çıxışında demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Həqiqətən də həmin sessiyanı sadəcə protokol tələblərinə görə deyil, həmçinin ilk növbədə burada qəbul olunan qərarların əhəmiyyətinə və Azərbyacanın sonrakı taleyində oynadığı müstəsna roluna görə fövqəladə adlandırmaq olar. Əlbəttə ki, bu tarixi hadisədən əvvəl ötən bir il ərzində də Naxçıvanda gedən proseslər, Muxtar Respublikanın Ali Məclisində qəbul olunan bir çox qərarlar bütün Azərbaycanın gələcəyi üçün həyati əhəmiyyət kəsb edirdilər. Ulu Öndər Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəlməklə ilk növbədə Muxtar Respublikanın, daha sonra isə bütün ölkənin xilası missiyasını öz üzərinə götürdü. 1990-cı ilin noyabr ayının 17-də məhz Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyasında bir çox mühüm qərarlar qəbul olundu. İlk növbədə Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Eynu zamanda da Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur. Lakin bütün bunlarla yanaşı, məhz 1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olması qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə geniş imkan yaratmış oldu. Nirmənalı olaraq demək lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir”
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Eltun Süleymanov daha sonra qeyd edib ki, 1991-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyev Naxçıvana rəhbərliyi dövründə Muxtar Respublikanı bütün təhdidlərdən xilas edərək, tərəqqi yoluna çıxardı və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdı: “Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etməyə başlamasından dərhal sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk və ən mühüm addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin edildi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Ümummilli Liderin müdrik və uzaqgörən rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişaf istiqamətləri də məhz burada, həmin tarixi dövrdə müəyyənləşdirildi” – deyə, Eltun Süleymanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-09-2025