Mobil versiya
Göydəniz Qəhrəmanov: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi barədə qəbul edilmiş qərar Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir"
Tarix: 03-09-2025 | Saat: 11:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: "ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi barədə qəbul edilmiş qərar Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir"

"1 sentyabr 2025-ci il tarixində ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilməsi barədə qəbul edilmiş qərar Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir".

Bununla bağlı Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov rəsmi facebok hesabında palaşım edib:

Bu qərar, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə yaranmış yeni reallıqların beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisi olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Qərarın qəbuluna 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin iştirakı ilə keçirilmiş görüş, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət məktubu əsas olub. Bu, ATƏT-in vaxtilə münaqişənin nizamlanması məqsədilə yaratdığı mexanizmlərin artıq mövcud reallıqda lüzumsuz olduğunun bütün iştirakçı dövlətlər tərəfindən qəbul edildiyini göstərir.

Bu tələb Azərbaycan tərəfindən irəli sürülüb və sülh gündəliyinin beynəlxalq müstəvidə təsdiqlənməsi, eləcə də Vaşinqton görüşündə əldə olunmuş normallaşma razılaşmalarının icrasına praktiki başlanğıcın qoyulması deməkdir. Sözsüz ki, bu addım regionda sülhün və sabitliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə mühüm töhfə verəcəkdir.

Qeyd etmək lazımdır ki, bu uğur ölkə başçımızın qətiyyətli və uzaqgörən siyasəti nəticəsində əldə olunmuşdur.
Azərbaycan bundan sonra da regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini qətiyyətlə davam etdirəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2025