Mobil versiya
"iPhone 17" SIM kartlardan imtina edə bilər
Tarix: 03-09-2025 | Saat: 10:34
Bölmə:İqtisadiyyat | çapa göndər

"iPhone 17" SIM kartlardan imtina edə bilər

"Apple iPhone" 17-də fiziki SIM kartlardan imtina edə bilər Avropa İttifaqı ölkələrindəki "Apple Store" əməkdaşları eSIM texnologiyası üzrə xüsusi təlimlərə cəlb olunublar.

aia.az "TechManiacs" portalına istinadən xəbər verir ki, bu addım “iPhone 17” seriyasının bəzi modellərində fiziki SIM kart slotunun ləğv olunacağına işarədir.

Məlumatlara əsasən, bu dəyişiklik xüsusilə ultra nazik “iPhone 17 Air” modeli ilə bağlıdır. Cihazın korpus qalınlığının minimuma endirilməsi səbəbindən nano-SIM üçün nəzərdə tutulmuş slotun yerləşdirilməsi mümkün olmayıb. Nəticədə yeni model yalnız eSIM dəstəkləyəcək. Əgər iddialar təsdiqlənərsə, yenilik təkcə Avropa bazarı ilə məhdudlaşmayacaq, bütün dünyada tətbiq ediləcək.

Qeyd edək ki, "Apple" ABŞ bazarında artıq bir neçə ildir yalnız eSIM versiyalı "iPhone"lar təqdim edir. Digər regionlarda isə həm nano-SIM, həm də eSIM dəstəyi mövcuddur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-09-2025