Mobil versiya
İsrail Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib
Tarix: 28-08-2025 | Saat: 22:28
Bölmə:Özəl | çapa göndər

İsrail Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib
İsrail ordusunun husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil etdiyi bildirilir.
Husilərə bağlı Əl-Məsirə telekanalı İsrail ordusunun Sənaya 10-dan çox hava hücumu təşkil etdiyini bildirib.

Anadolu agentliyinin müxbiri Husilərin lideri Əbdül-Malik əl-Hutinin çıxışı zamanı İsrail ordusunun hücuma keçdiyini və paytaxtın bir çox bölgəsində partlayışların baş verdiyini bildirib.

İsrail dövlət televiziyası, KAN, İsrail ordusunun Sənaya hücumunda "tanınmış Husi fiqurlarını hədəf aldığını" bildirdi.

İsrail ordusu ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında Yəmənin paytaxtı Sənada husilərin hədəflərinin vurulduğunu açıqlayıb.

Bu arada İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, nazir Yisrael Katz ordunun komandanlıq mərkəzindən Yəmənə endirilən hava hücumlarını izləyib.

Yəməndə İranın dəstəklədiyi husilərə dəfələrlə xəbərdarlıq etdiyini iddia edən Katz, “İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək” deyə hədələyib.

Hücumla bağlı ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025