BMT yekdilliklə UNIFIL-in Livandakı sülhməramlı qüvvələrini dayandırmağa qərar verib
Tarix: 28-08-2025 | Saat: 21:58
Bölmə:Özəl | çapa göndər

Təxminən 50 ildən sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (UNSC) 2026-cı ilin sonuna qədər Livandakı BMT Sülhməramlı Qüvvələrinin (UNIFIL) fəaliyyətini dayandırmaq qərarına gəlib.
BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında ABŞ və İsrailin tələbləri əsasında 50 ilə yaxındır Livanın cənubunda fəaliyyət göstərən UNIFIL-in missiyasına son qoyulması barədə qərar qəbul edilib.
Qətnamə layihəsinə əsasən, UNIFIL-in fəaliyyəti 2026-cı ilin sonuna qədər dayandırılacaq və 10 min 800 hərbi və mülki şəxsi heyətin texnikası ilə birlikdə Livan hökuməti ilə əməkdaşlıq çərçivəsində dərhal ölkədən çıxarılmasına başlanılacaq və bir il ərzində tamamlanacaq.
Qətnamə layihəsində həmçinin Livan hökumətinin İsraillə "Mavi Xətt" kimi tanınan sərhədin şimalında "yeganə təhlükəsizlik təminatçısı" olması və İsrailin xəttin şimalındakı qüvvələrini geri çəkməsi tələb olunur.
UNIFIL ilk dəfə 1978-ci ildə İsrailin Livana hücumundan sonra İsrail ordusunun Livanın cənubuna çəkilməsinə nəzarət etmək üçün yerləşdirilib.
BMT agentliyinin mandatı 2006-cı ildə İsrail və Hizbullah arasında bir ay davam edən müharibədən sonra genişləndirilib.
ABŞ prezidenti Donald Trampın administrasiyası UNIFIL-i Hizbullahı zəiflətmək və Livan silahlı qüvvələri üzərində tam təhlükəsizlik nəzarəti yaratmaq məqsədini gecikdirmək kimi qiymətləndirdi.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2025