Novruzəli Aslanov: “Tarixi faktları təhrif etmək çox yayılmış olduğu kimi, çox da zərərli bir tendensiyadır”
Tarix: 28-08-2025 | Saat: 17:14
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Kremlin daha bir Azərbaycan əleyhinə təbliğat ruporunun növbəti çıxışını Teleqram kanalında izlədik. Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev bu çıxışı ilə Kremlin kuluarlarında ölkəmizə, xalqımıza və hətta tariximizə qarşı hazırlanan şər-böhtan kampaniyalarının getdikcə necə böyük miqyas aldığını bir daha əyani şəkildə nümayiş etdirdi. Görəsən hansı haqla deputat Matveyev Azərbaycanın tarixini, Azərbaycan dövlətçiliyinin tarixini biz azərbaycanlılardan daha yaxşı bildiyini iddia etməyə çalışır? Görəsən Azərbaycanın bir dövlət olaraq Rusiya imperiyasından qopmuş bir parçadan yarandığı kimi cəfəng və təhqiramiz bir iddianı ortaya atan Matveyevin, çox uzağa getməyək, ən azından orta əsrlərdə mövcud olmuş və indiki Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, Rusiya və Gürcüstan ərazilərini əhatə edən Qaraqoyunlu dövlətindən ümumiyyətlə xəbəri varmı?
Özünü tarixçi adlandıran bu şəxsin danılmaz tarixi faktlara qarşı bu qədər dözümsüzlüyünü izah etməyə hansısa bir əsas da tapmaq çətindir. Görəsən cənab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu, Qafqazın, o cümlədən Azərbaycanın bolşeviklər tərəfindən işğalı, bu gün Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatların işğalçı xarakteri barədə səsləndirdiyi fikirlər Matveyevi niyə bu qədər qəzəbləndirir? Bəlkə elə tarixçi olduğuna görə? Axı biz, bütün postsovet respublikalarının xalqları hələ SSRİ dönəmində nəşr olunan dərsliklərdə belə tarixin necə təhrif olunduğunu yaxşı xatırlayırıq. Yəqin ki, həmin təhrifçilərin arasında cənab Matveyevin müəllimlərindən də kimsə yer alıbmış. Unutmayaq ki, tarixi faktları təhrif etmək çox yayılmış olduğu kimi, çox da zərərli bir tendensiyadır.
Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyinə gəlincə isə, biz təkcə Ukraynanın deyil, həminin Suriyanın və bütün digər ölkələrin də ərazi bütövlüyünü dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.
Matveyevin “Bundan sonra ləzgi, avar və gürcü bölgələri də Sovet Azərbaycanına verildi. Ümumilikdə Azərbaycan SSR Sovet hökumətindən təqribən 18 min kvadratkilometr ərazi aldı...” kimi ifadələri isə artıq tarixin özünə qarşı yolverilməz bir iftiradır. Çünki Rusiya dumasının deputatı Azərbaycanın istər Çar Rusiyası, istərsə də SSRİ dönəmlərində yalnız ərazi itkilərinə məruz qaldığını və hətta özündən kəsilib alınan ərazilərindən belə kiçik bir parçasının da geri qaytarılmadığını çox yaxşı bilməlidir.
Cənubi Qafqazda hər hansı bir ərazinin “erməni ərazisi” kimi adlandırılması da bu torpaqlara XIX əsrin əvvəllərində köçürülmüş və məhz Rus imperiyasının strateji planlarının bir parçası olaraq köçürülmüş ermənilərə bir jest kimi deyil, həmin torpaqların tarixən sakinləri və sahibləri olmuş azərbaycanlılara qarşı bir qıcıq, bir təxribat cəhdi kimi qiymətləndirilməlidir.
Novruzəli Aslanov,
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2025