Mobil versiya
Cənab Prezident İlham Əliyevin müsahibəsi son dövrün siyasi hadisələrinə münasibətin ifadəsi kimi tarixləşdi - DEPUTAT
Tarix: 28-08-2025 | Saat: 23:26
Bölmə:Manşet / Siyasət | çapa göndər

Cənab Prezident İlham Əliyevin müsahibəsi son dövrün siyasi hadisələrinə münasibətin ifadəsi kimi tarixləşdi

Ötən əsrin 90-cı illərinə kimi Azərbaycan- Ermnistan münasibətləri Birinci Qarabağ müharibəsi kimi, 1994-cü ildən 2020-ci il sentyabr ayının 27-nə kimi atəşkəs dövrü tarixləşdi, 2020-ci il sentyabrın 27-dən sonrakı 44 günlük müddət İkinci Qarabağ müharibəsi kimi tarixləşdi və müharibələr tarixinin subyekti oldu. İlk iki mərhələdə beynəlxalaq təşkilatlar bu münasibətin (müharibənin) sülh yolu ilə həlli istiqamətində müəyyən cəhdlər göstərsə də onun həlli üçün ciddi münasibət göstərmədi. Beynəlxalq təşkilatların həll edə bilmədiyi (həll etmək istəmədiyi) bu münaqişəni (elan edilmədən başlayan işğalçılıq müharibəsini) İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu həll etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin anatomiyası haqqında da məlumat verdi, bu münasibətlərin son durumu haqqında da, qalib Azərbaycanla məğlub Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh danışıqlarından da. Dövlət başçımız müsahibəsində qeyd etdi ki, “Formal olaraq sülh sazişinin imzalanmasının bir xüsusi cəhəti var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur”. Bu xatırlatma dünya ictimaiyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin stabilləşməsini istəyən dövlətlətlər üçün siyasi fəaliyyət istiqaməti deməkdir.

Dövlət başçımızın müsahibədə dediyi “Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermınistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu, razılaşmaları poza bilər. Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostalrımız da dəstəklədililər. Beləliklə, bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət qarşıladı və razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd Ermənistan üçün sülhə və sabit inkişafa zəmanətdir” fikirlər istər Ermənistan dövlətinə, istərsə də dünya dövlətlərinə olduqca ciddi mesajdır.
Zəngəzur dəhlizi İkinci Qarabağ müharibəsindən sonra hərbi substansiyadan daha çox siyasi substansiya oldu. Məhz bunun nəticəsiydi ki, üçtərəfli Bəyanatda açılması şərt kimi qəbul edilən Zəngəzur dəhlizi 5 il müxtəlif müzakirələrin subyekti oldu. Nəhayət, ABŞ-da üçtərəfli görüşdə bu məsələ “Tramp marşrutu” kimi təsbit edilərək həllini siyasi yaxınlaşma kimi tapdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində bir gerçəkliyi də diqqətə çatdıraraq bildirdi ki, “Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İran prezidenti ilə yaxşı işgüzar münasibətlərin qurulmasından, Zəngəzur dəhlizinin İranda mövcud olan Şimal dəhlizinə dəstək olacağından, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərfindən vurulmasından və Rusiya rəsmilərinin buna reaksiyasının ölkədə çox böyük narazılıq və təəssüf doğurmasından və s. söz açaraq dedi ki, “Rusiyanın Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”. Dövlət başçımızın Azərbaycan gerçəklikləri haqqında fikirləri dünyəvi proseslərin stabillıəşməsində əsaslı amil kimi diqqətə çatdırıldı...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Azərbaycanın 10 Avropa ölkəsini qazla təmin etdiyini, ABŞ Qoşunları Əfqanıstandan çıxan kimi Bayden tərəfindən Azərbaycana yenidən sanksiya tətbiq edildiyini, Azərbaycanın Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə dəstək olduğunu və olacağını da bildirdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi son dövrün siyasi hadisələrinə münasibətin ifadəsi kimi tarixləşdi.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025