Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni əməkdaşlıq dövrü başlayır
Tarix: 28-08-2025 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər

2025-ci il 22 avqust tarixində Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə yüksək səviyyəli zirvə görüşü keçirildi. Bu tarixi tədbir yalnız regional əməkdaşlığı möhkəmləndirmək deyil, həm də iqtisadi, nəqliyyat, enerji və mədəni sahələrdə yeni perspektivləri açmaq baxımından böyük əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak etdilər.
Sammit çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Liderlər “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər. Bundan əlavə, beynəlxalq hava əlaqələrinin inkişafına dair Anlaşma Memorandumu, qardaşlaşma protokolu, və nəqliyyat-logistika əməkdaşlığı sahəsində Memorandum imzalandı. Bu sənədlər regionda əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata Bəyanatında Türkmənistanda olan inkişafı yüksək qiymətləndirərək :demişdir: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə göstərir ki, ölkə etibarlı əllərdədir.” Prezident vurğulamışdır ki, Qurbanqulu Məlikquliyeviçin rəhbərliyi altında Avaza və digər şəhər və kəndlər inkişaf edir, abadlaşır və yeni şəhərlər salınır.
Görüş zamanı Füzuli şəhəri ilə Arxadağ şəhəri arasında qardaşlaşma protokolunun imzalanmasını qeyd edən ölkəmizin başçısı bunun dostluq və qardaşlığımıəzın rəmzi olduğunu vurğulamışdır: “Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir və yeni üfüqlərə doğru birgə addımlayır.”
Türkmənistanın dəstəyi ilə Füzulidə məscid tikintisi təşəbbüsü də yüksək qiymətləndirildi. Prezident vurğuladı: “Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviç burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdü. Mən də bu təklifi minnətdarlıqla qəbul etdim. Cəmi bir ay keçməsinə baxmayaraq, artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli qoyulacaqdır.” Bu təşəbbüs Azərbaycan-Türkmənistan dostluğunun və qardaşlığının canlı göstəricisidir.
Özbəkistanla əməkdaşlıq sahəsində də mühüm addımlar atılıb. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki və Füzulidə açılan Mirzə Uluqbəy adına orta məktəb buna nümunədir. Cənab Prezident bütün bunların bir qardaş töhfəsi, Azərbaycana dost dəstəyi adlandıraraq bildirmişdir:: “Hazırda fabrikdə iki yüzdən çox insan çalışır, onların əksəriyyəti qadınlardır. Fabrikin genişləndirilməsi ilə işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Qarabağın dirçəldilməsi istiqamətində qardaş özbək xalqından böyük hədiyyədir.” Məktəb isə artıq yüzlərlə gənc qarabağlıya təhsil verir: “Hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də Şavkat Miromonoviçə minnətdarlıq hisslərini ifadə edir.”
Sammitdə enerji, nəqliyyat, tranzit, logistika və mədəni sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunmuşdurş Bu məsələyə diqqət çəkən cənab. Prezident İlham Əliyev bu sənədlərin imzzalanmasının iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə etmişdir:“Müvafiq dövlət qurumlarına göstərişlər verildi ki, növbəti görüşə konkret istiqamətlər üzrə təkliflər verilsin. Nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr üzrə bütün göstərişlər verildi.” Göründüyü kimi bu addımlar regionun davamlı inkişafını təmin edəcək, investisiya imkanlarını genişləndirəcək və əməkdaşlığı stimullaşdıracaq.
Görüşün yüksək səviyyədə təşkilini və imzalanan sənədlərin əhəmiyyətini diqqətə çatdıran cənab İlham Əliyev bəyanatının sonunda qeyd etmişdir ki, “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Xeyirli, uğurlu olsun.” Zirvə göstərdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan yalnız qonşu ölkələr deyil, strateji tərəfdaşlardır və regionda sülh, tərəfdaşlıq və davamlı inkişaf üçün birgə fəaliyyət göstərirlər.
Bu sammitin nəticələri uzunmüddətli tərəfdaşlıq, iqtisadi inteqrasiya və mədəni əməkdaşlığın möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyır. Üç ölkə arasında yaradılmış əməkdaşlıq formatı gələcək nəsillər üçün sabit və firavan region təmin edəcəkdir.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2025