Səttar Möhbalıyev: Azərbaycan regionun sabitlik və əməkdaşlıq gündəliyində oynadığı rolunu aydın şəkildə göstərdi
Tarix: 28-08-2025 | Saat: 10:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əl-Ərəbiyyə televiziya kanalına müsahibəsi diplomatik baxımdan yeni mərhələnin əsasını qoydu. Müsahibənin ilk sualının məhz avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşlə bağlı olması təsadüfi deyildi. Dövlət başçısı burada mühüm mesaj verərək qeyd etdi: “Vaşinqton görüşü Azərbaycan üçün prinsipial məsələlərdə öz mövqeyini bir daha ortaya qoymaq və regionun gələcək əməkdaşlıq formatını müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.” Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda keçirilən görüşə dair açıqlamaları əslində regionun gələcək əməkdaşlıq formatını müəyyənləşdirən strateji mesajlarla yadda qaldı.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu açıqlama həm görüşün beynəlxalq çəkisini, həm də Azərbaycanın regionun sabitlik və əməkdaşlıq gündəliyində oynadığı rolu aydın şəkildə göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibə regional və beynəlxalq miqyasda diqqətlə izlənildi. Dövlət başçısının açıqlamaları müxtəlif siyasi çevrələrdə və ekspert dairələrində geniş rezonans doğurdu. Bu müsahibə Azərbaycanın diplomatik fəlsəfəsini, strateji məqsədlərini və postmünaqişə dövründə regiona baxışını dəqiq ifadə edən mühüm bəyanat oldu. Cnab Prezident İlham Əliyevin Qarabağla bağlı açıqlamaları Azərbaycanın qəti mövqeyinin beynəlxalq aləmə ünvanlanmış təsdiqi idi. Dövlət başçısı bu müsahibə ilə açıq şəkildə bildirdi: Qarabağ münaqişəsi bitmişdir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir və bu məsələ beynəlxalq hüququn normalarına tam uyğun şəkildə həll olunmuşdur. Bu mesaj həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmışdı: regionda yeni siyasi reallıqlar artıq dəyişməz xarakter daşıyır və münaqişə gündəliyi əbədi olaraq arxada qalıb. Müsahibədə daha bir məqam cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarıdır. Bu dəhliz təkcə Azərbaycan üçün iqtisadi layihə deyil, həm də Avrasiyanın yeni əməkdaşlıq formatını müəyyənləşdirən mühüm strateji təşəbbüsdür. Zəngəzur dəhlizi türk dünyasını birləşdirən əsas xətt olmaqla yanaşı, beynəlxalq ticarət yollarının yenidən formalaşmasına səbəb olacaq. Bu, Azərbaycanın bölgədə iqtisadi lider mövqeyini gücləndirəcək və ölkəmizi regional logistik mərkəzə çevirəcək.
Cənab Prezident İlham Əliyevin müsahibəsini Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin parlaq təzahürü kimi də qiymətləndirirəm. Cənab Prezidentin açıqlamaları göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə heç bir blok siyasətinə qoşulmur, milli maraqlar əsasında müstəqil qərarlar verir. Azərbaycanın həm İslam aləmi ilə, həm də Qərb və Şərq dövlətləri ilə münasibətlərində etibarlı tərəfdaş kimi qəbul olunması bu siyasətin nəticəsidir. Bu yanaşma ölkəmizi regionda sabitlik dayağına çevirməklə yanaşı, beynəlxalq diplomatiyada nüfuzunu artırır. Prezident İlham Əliyevin sülh müqaviləsi ilə bağlı açıqlamaları regionun gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Onların rəyinə görə, dövlət başçısının irəli sürdüyü mövqe Ermənistan üçün də yeni imkanlar açır. Əgər Ermənistan reallıqları qəbul edib əməkdaşlıq yolunu seçərsə, bundan bütövlükdə Cənubi Qafqaz xalqları fayda görəcək. Azərbaycan regional sülhün qurulmasında təşəbbüskar mövqedədir və bu siyasət beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin müsahibəsi ilə bir neçə mühüm strateji mesaj beynəlxalq ictimaiyyətə çatdırıldı. Azərbaycan artıq münaqişədən qalib çıxmış dövlət kimi regionun gələcəyini müəyyənləşdirir, Qarabağ məsələsi bağlanmışdır və bu reallıq dəyişməzdir, Zəngəzur dəhlizi təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan nəqliyyat xəttidir və Azərbaycanın diplomatiyası sabitliyə, əməkdaşlığa və çoxtərəfli münasibətlərə əsaslanır.
Təbii ki, bu mesajlar həm regional, həm də qlobal səviyyədə qəbul edilir. Cənab Prezidentin Əl-Ərəbiyyə telekanalına verilən müsahibəsi Azərbaycanın yeni diplomatik mərhələsinin konturlarını müəyyənləşdirən bəyanatdır. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız hərbi gücü ilə deyil, həm də siyasi-diplomatik çəkisi ilə regionun aparıcı dövlətidir. Prezident İlham Əliyevin müsahibəsi həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji çağırışdır: Azərbaycan Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və inkişafın təminatçısıdır- deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2025