Alpinistlər şurası hesab edir ki, Naqovitsinanı Pobeda zirvəsindən xilas etmək mümkün deyil
Tarix: 27-08-2025 | Saat: 22:29
Bölmə:Özəl | çapa göndər

İlkin olaraq, qapalı vəziyyətdə qalan alpinist çadırının yerləşdiyi zirvədəki yerə yalnız növbəti mövsümdə qalxmaq mümkün olacaq.
Alpinistlər şurası Qırğızıstan dağlarında ilişib qalan rusiyalı Nataliya Naqovitsinanı xilas etməyin mümkün olmadığı barədə qərar qəbul edib, bu barədə alpinistin Pobeda zirvəsinə qalxmasını təşkil edən “Aksai-Travel” turizm agentliyinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, rusiyalı qadınla vəziyyətin müzakirəsində alpinist-xilasetmə əməliyyatları üzrə təcrübəyə malik və müvafiq hazırlıq keçmiş mütəxəssislər iştirak ediblər.
“Hazırda bu qrupun üzvləri çətin hava şəraitini nəzərə alaraq xilasedicilərin həyat və sağlamlığı üçün bütün riskləri müqayisə edərək, bu mövsümdə axtarış-xilasetmə işlərinin aparılmasının qeyri-mümkün olduğu qənaətinə gəliblər”, - məlumatda deyilir.
O, həmçinin qeyd edir ki, gələcək xilasetmə əməliyyatları daha çox qurbana səbəb ola bilər.
Qrupun bəyanatını idman turizmi üzrə Rusiya və dünya çempionu Aleksandr Semenov, “Qızıl buz baltası” mükafatı laureatı Yuri Koşelenko, həmçinin “Qar bəbiri” tituluna malik 14 alpinist və başqaları imzalayıblar.
Avqustun 12-də alpinist təxminən 7,2 kilometr hündürlükdə Pobeda zirvəsində ilişib: ayağı sınıb və enə bilməyib. Üç xilasetmə cəhdi edilib, lakin hamısı uğursuzluqla başa çatıb. Avqustun 20-də dron sonuncu dəfə Naqovitsinanı çadırdan əlini yelləyərək canlı olaraq lentə alıb. O vaxtdan bəri alpinistin taleyi barədə heç nə məlum deyil; Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, o, rəsmən itkin düşüb.
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi çərşənbə günü bildirib ki, alpinistin zirvədəki çadırı drondan videoya çəkilib; yerində heç bir həyat əlaməti aşkar edilməyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-08-2025