Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycan Çin və İtaliya ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirir”
Tarix: 28-08-2025 | Saat: 11:37
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycan Çin və İtaliya ilə strateji tərəfdaşlıq əlaqələrini genişləndirir”

“Azərbaycan özünün enerji potensialını gücləndirməklə Avropanın enerji təhlükəsizliyinin təmin olunması kimi qlobal məsələyə mühüm töhfələr verməkdə davam edir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə keçirilmiş “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi xüsusi əhəmiyyət kəsb edən hadisədir. Qeyd olunmalıdır ki, bu hadisə təkcə ölkəmizin energetika sahəsi üçün önəm daşımır. Yeni Elektrik Stansiyasının açılışı eyni zamanda həm də Azərbaycanın dünyanın müxtəlif aparıcı ölkələri ilə qurduğu strateji tərəfdaşlıq əlaqələrinin real nəticələrindən biri kimi dəyərləndirilməlidir. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əiyevin dediyi kimi, “8 Noyabr” Elektrik Stansiyasının ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin də böyük payı var. Məlumdur ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında bu ölkəlrin hər biri ilə iki bəyannamə imzalanmışdır və dövlət başçımızın istər İtaliyaya, istərsə də Çinə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. Öz çıxışında Cənab Prezident xüsusi olaraq vurğuladı ki, hazırda İtaliya Azərbaycanın birnömrəli ticarət tərəfdaşıdır. Eyni zamanda Çin də ticarət tərəfdaşları arasında qabaqcıl yerlərdədir. Azərbaycan İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlayıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrinin birgə icrası istiqamətində işlər görülür. Əlbəttə ki, siyasi əlaqələr hər iki ölkə ilə çox yüksək səviyyədədir və Mingəçevirdə yeni Elelktrik stansiyasının açılışı da çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri ölkəmizin energetika sahəsində son 20 ildə güclü inkişaf getdiyini xüsusi qeyd edib: “ Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha tarixə nəzər saladı və tamamilə doğru olaraq vurğuladı ki, müstəqilliyin ilk illərində ölkəmizdə enerji qıtlığı yaranmışdı. Energetika sistemi lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Buna görə də son 20 il ərzində Azərbaycanın energetika sistemi tamamilə yenidən quruldu. Ölkənin müxtəlif ərazilərində yeni elektrik stansiyaları quruldu, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də - stansiya yenidən istismara verildi. Hazırda “Azərbaycan” Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavat, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Bu isə o deməkdir ki, Mingəçevir hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da ölkəmizin energetika sistemini daha da gücləndirəcək” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025