Mobil versiya
Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq
Tarix: 28-08-2025 | Saat: 11:25
Bölmə:Siyasət | çapa göndər

Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq

XXI əsrdə beynəlxalq münasibətlərin mühüm istiqamətlərindən biri regional əməkdaşlıq formatlarının formalaşdırılması və dərinləşdirilməsidir. 2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilən yüksək səviyyəli görüşün yekunlarına dair bəyanat bu əməkdaşlıq formatının strateji xarakterini bir daha təsdiqləmişdir.Bəyanatda irəli sürülən əsas tezislər – Türkmənistanın etibarlı inkişaf yolunda olması, Azərbaycan və Türkmənistan arasında mövqelərin üst-üstə düşməsi, türkmən xalqının Qarabağda məscid inşa etməsi təşəbbüsü, Özbəkistanın Xankəndidə tikiş fabriki və Füzulidə məktəb kimi infrastruktur layihələri ilə çıxış etməsi üçtərəfli münasibətlərin yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də sosial-iqtisadi və mədəni səviyyədə möhkəmləndiyini göstərir.

Azərbaycan və Türkmənistan xalqlarını tarixi, mədəni və dini dəyərlər birləşdirir. Prezident cənab İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, iki ölkə xalqları əsrlər boyu bir ailə kimi yaşamış, bu gün isə müstəqil dövlətlər kimi həmin ənənələri davam etdirirlər. Avaza görüşündə imzalanmış sənədlər, o cümlədən Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərinin qardaşlaşması barədə razılaşma, qardaşlıq münasibətlərinin rəmzi ifadəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər son illərdə sözdə yox, əməldə qardaşlıq prinsipi üzərində formalaşır. Xankəndidə fəaliyyət göstərən tikiş fabriki və Füzulidə inşa olunmuş 960 şagirdlik məktəb bunun konkret nümunələridir. Hər iki layihə həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən, yeni iş yerlərinin açılması bölgənin sosial rifahını yüksəldir, digər tərəfdən isə təhsil infrastrukturunun gücləndirilməsi gələcək nəsillərin inkişafına xidmət edir.Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iradəsi nəticəsində formalaşan üçtərəfli əməkdaşlıq formatı regional sülhün, sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq yalnız iştirakçı ölkələr üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb edən yeni siyasi və iqtisadi platforma kimi qiymətləndirilə bilər.

Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2025