İsa Muğannadan Səmaya :İrsin davamı
Tarix: 05-08-2025 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

Səma Muğannanın “Həyatımdan parçalar” əsəri sadəcə bir avtobioqrafik roman deyil, həm də gənc bir qəlbin sözlərlə qurduğu özünə yol xəritəsidir. Bu kitab oxucunu balaca Səmanın daxili dünyasına, arzularına, tərəddüdlərinə və nəhayət, qələbələrinə doğru bir səfərə dəvət edir. Əsərin əsas xəttini müəllifin uşaqlıq illərindən yazıçıya çevrilənədək keçdiyi mərhələlər təşkil edir. Kiçik yaşlarından başladığı cızma-qaralar bu gün artıq söz dünyasına çevrilib.
Əsərdə babası – görkəmli yazıçı İsa Muğanna ilə bağlı xatirələr xüsusi yer tutur. Bu bölümlər sadəcə ailə yaxınlığını yox, həm də ədəbi irsin bir nəsildən digərinə necə ötürüldüyünü əks etdirir. Yazıçı ailəsində böyüməyin ruhda buraxdığı izlər, Səmanın ədəbiyyata meyli və daxili dünyasını zənginləşdirən amillər aydın hiss olunur. Bununla yanaşı, müəllifin sinif yoldaşları, dostları ilə münasibətləri də səmimi və real şəkildə təqdim edilib, bu da oxucuya tanış və doğma gəlir.
Kitabda təqdim olunan dərin və poetik fikirlərdən biri isə əsərin ruhunu tam əks etdirir: “Əziz dost, xatirələr dəmlənmiş çaya bənzəyir. Su çaydanda qaynadıqca hirsini qovmağa çalışır. Çay isə öz axarında istirahət edir. Stəkana süzülən çayı içmək istəyəndə birdən əlin yanır və gözləyirsən ki, çay soyusun. Çay isə öz addımında soyuyur, danışırsan və susmursan. Bir də baxırsan ki, çayın olub buz. İçdiyin elə bil çay yox, sudur. Görürsənmi? Artıq sənin üçün nə o çayın ləzzəti, nə də xatirələrin şirinliyi qalır.”
Bu cümlələr müəllifin sadə həyat hadisələrini necə poetik dildə ifadə etdiyini sübut edir. Burada xatirələrin zamanla necə dəyişdiyini və yaddaşın necə incəliklərlə dolu olduğunu hiss edirik.
“Həyatımdan parçalar” kitabı hər kəs üçün bir motivasiya qaynağı ola bilər. Xüsusilə gənclər üçün bu əsər göstərir ki, uğur birdən-birə gəlmir, o, cəsarət, inam və davamlı zəhmət tələb edir. Səma Muğanna bu yolda öz uğurunun sirrini paylaşır və oxucusuna deyir: “Sən də bacararsan!”

N.İslamzadə BDU-nun jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-08-2025
04-08-2025
22:56 ABŞ-Rusiya gərginliyi ..