Mobil versiya
Boeing-in 3000-dən çox əməkdaşı tətilə çıxıb
Tarix: 04-08-2025 | Saat: 23:10
Bölmə:Özəl | çapa göndər

Boeing-in 3000-dən çox əməkdaşı tətilə çıxıb

ABŞ-ın aerokosmik şirkəti Boeing üçün müdafiə texnologiyalarının istehsalı ilə məşğul olan təqribən 3200 işçi şirkətin yeni müqavilə təklifini rədd edərək tətil etmək qərarına gəlib
Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyası (IAM) Missuri və İllinoys ştatlarında yerləşən Boeing obyektlərində həmkarlar ittifaqı ilə işləyən işçilərin şirkətin son təklifini rədd etdiklərini açıqladı.

Bəyanatda təxminən 3200 işçinin "ədalətli" müqavilə tələbi ilə tətilə başladığı bildirilib.

Bu, birliyin 1996-cı ildən bəri ilk tətili idi.

Açıqlamada vurğulanıb ki, tətil edən fəhlələr F-15 və F/A-18 kimi qabaqcıl döyüş təyyarələrinin, eləcə də müasir raket və müdafiə sistemlərinin yığılması və təmirini öz üzərinə götürürlər. Onların fəaliyyətinin ABŞ və müttəfiqlərinin milli təhlükəsizlik və müdafiə əməliyyatlarını dəstəkləmək üçün həyati əhəmiyyət kəsb etdiyini vurğuladı.

Boeing yeni müqaviləyə əsasən əmək haqqının 20 faiz artırılmasını təklif etmişdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-08-2025