Həmas münaqişəni həll etməyə və girovları azad etməyə razılaşıb
Tarix: 04-08-2025 | Saat: 23:19
Bölmə:Özəl | çapa göndər

“The National” qəzeti yazır ki, Həmas Fələstin anklavında müharibəyə son qoyacaq və orada saxlanılan bütün girovları azad edəcək hərtərəfli Qəzza razılaşması üzrə danışıqlara açıqdır.
Nəşrin mənbələrinin məlumatına görə, bir tərəfdən İsrail və ABŞ, digər tərəfdən isə ABŞ və Qətər və Misirin vasitəçiləri arasında hərtərəfli saziş layihəsi müzakirə olunur.
Əlaqələr həm uzaqdan, həm də Qahirə və Dohada üzbəüz görüşlər vasitəsilə həyata keçirilir. Bununla belə, mənbələr müzakirələrin 22 aya yaxın davam edən müharibədə 60 günlük nəzərdə tutulan atəşkəs zamanı başa çatdırılmasının gözlənildiyi istisna olmaqla, müzakirələrin məzmununu açıqlamır.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff avqustun 2-də İsraildəki girovların ailələrinə bildirib ki, o, İsrail hökuməti ilə müharibəni effektiv şəkildə bitirəcək plan üzərində işləyir.
Bu arada cbc.ca qeyd edir ki, HƏMAS Qırmızı Xaç ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Hərəkat nümayəndələri aydınlaşdırıblar ki, təşkilatla istənilən koordinasiya İsrailin daimi olaraq humanitar dəhlizlər açması və yardımın paylanması zamanı hava hücumlarını dayandırması ilə bağlıdır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər