Mobil versiya
Zelenski İstanbulda danışıqlar üçün Ukrayna nümayəndə heyətini genişləndirib
Tarix: 23-07-2025 | Saat: 13:53
Bölmə:Özəl | çapa göndər

Zelenski İstanbulda danışıqlar üçün Ukrayna nümayəndə heyətini genişləndirib
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların üçüncü raundunda iştirak edəcək nümayəndə heyətinin sayını artırmaq qərarına gəlib. O, müvafiq fərman imzalayıb.
TASS-ın məlumatına görə, insan haqları üzrə müvəkkilinin nümayəndəsi və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının digər nümayəndəsi İstanbula gələcək.

Belə ki, bu vaxta qədər Zelenskinin təqdim etdiyi dəyişikliklər nəticəsində Ukrayna nümayəndə heyəti 14 nəfərdən ibarətdir.

Birbaşa danışıqların üçüncü raundu zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli və humanitar məsələlər üzrə öz memorandumlarını müzakirə etməyi planlaşdırırlar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025