YAP Şirvan şəhər təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib -Fotolar
Tarix: 23-07-2025 | Saat: 19:38
Bölmə:Gündəm | çapa göndər

Yeni Azərbaycan Partiyasının (YAP) Şirvan şəhər təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Şirvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub.
YAP Şirvan rayon təşkilatının inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb. Sonra vətənpərvərlik ruhunda təşkil olunan rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Şirvan şəhər təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası ötən illər ərzində Azərbaycan xalqının etimadını qazanaraq ölkəmizin inkişafında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasındadır. YAP-ın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını vurğulayan Zahir Qəhrəmanov bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını deyib.
Daha sonra çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov partiyanın keçdiyi 32 ildən artıq tarixi yola nəzər salaraq, onun milli dövlətçilik ideologiyasının daşıyıcısı olduğunu vurğulayıb. O qeyd edib ki, YAP ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, iqtisadi inkişafının təmin olunmasında, əhalinin rifah halının yüksəldilməsində mühüm xidmətlər göstərmişdir.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıb. O qeyd edib ki, partiyanın əsas ideoloji dayaqları müstəqil, güclü və firavan Azərbaycan naminə fəaliyyət göstərməkdir. Aydın Hüseynov əlavə edib ki, bu gün Prezident İlham Əliyev bu ideyaları uğurla davam etdirir. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz regionda və dünyada güclü siyasi iradəyə malik bir dövlət kimi tanınır.
Tədbirdə Vətən müharibəsi şəhidi Zeynal Zülfüqarlının anası Şəlalə Nadirova, Vətən müharibəsi iştirakçısı Ümüd Quliyev, partiya fəalı Səbinə Ələkbərova, partiya veteranı Heyvagül Xəlilova əminliklə vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.
Sonra bir qrup ərazi partiya təşkilat sədrlərinə və partiya fəallarına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər