"Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir" - DEPUTAT
Tarix: 23-07-2025 | Saat: 14:47
Bölmə:Siyasət | çapa göndər

"Şuşada keçirilən III Qlobal Media Forumu informasiya və media texnologiyalarına dair müzakirə platforması kimi Azərbaycanın dəyişən qlobal nizamda artan rolunu nümayiş etdirən mühüm hadisəyə çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan Forum Qarabağın məhz intellektual diplomatiya, multilateral dialoq və strateji fikir mübadiləsinin yeni məkanı olduğunu bir daha sübut edir".
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentari bildirib ki, forumda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu iştirak edib. Eyni zamanda, yerli jurnalistlər, ekspertlər və dövlət rəsmiləri də qlobal məsələlərin müzakirəsinə töhfə veriblər. Forum çərçivəsində təşkil olunan Ağdam və Laçın səfərləri iştirakçılara postmünaqişə dövründə aparılan bərpa və quruculuq işlərini yerində izləmək imkanı yaradıb:
"Prezident İlham Əliyevin Forumdakı çıxışında diqqəti çəkən əsas məsələlərdən biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki liderliyi olub. 2021-ci ildə Avropaya qaz ixracı 8 milyard kubmetr idisə, bu rəqəm 2025-ci ildə 13 milyard kubmetrə çatdırılıb. Həmin faktor ölkəmizin enerji təchizatçısı, həmçinin qitələrarası enerji təhlükəsizliyinin təminatçısı rolunu təsdiqləyir. Bu artım təkcə statistik göstərici deyil, eləcə də Azərbaycanın enerji strategiyasının məqsədyönlü və uzunmüddətli planlamasının nəticəsidir. Avropanın artan enerji tələbatı fonunda Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Eyni zamanda, yaşıl enerji layihələri ilə paralel aparılan qaz ixracı siyasəti ölkəmizi həm ənənəvi, həm də alternativ enerji mənbələrində aparıcı mövqeyə yüksəldir.
COP29-un Bakıda keçirilməsi ölkənin qlobal iqlim diplomatiyasındakı önəmli mövqeyini bir daha sübut edib. Hazırda 2030-cu ilə qədər 6 giqavat gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda 30 su elektrik stansiyasının istifadəyə verilməsi isə bu siyasətin regional inkişafla uzlaşdırıldığını göstərir. Bundan əlavə, Xəzər və Qara dənizlərin dibi ilə çəkilməsi planlaşdırılan elektrik kabelləri vasitəsilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan, Özbəkistan və Qazaxıstan arasında enerji dəhlizi yaradılır. Bu layihə Azərbaycanı Avrasiya məkanında yaşıl enerjinin paylanma mərkəzinə çevirəcək və ölkənin yeni iqtisadi funksiyasını müəyyənləşdirəcək.
Azərbaycan qitələrarası logistik dəhlizlərin kəsişməsində yerləşməklə, tədricən regionun aparıcı tranzit mərkəzlərindən birinə çevrilib. Ermənistan isə son beş ildə Zəngəzur dəhlizinin yaradılması ilə bağlı heç bir real addım atmamaqla, tranzit ölkəyə çevrilmək imkanlarını getdikcə itirir. Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhliz – Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən genişmiqyaslı nəqliyyat marşrutu ölkəmizin qlobal yükdaşımalar zəncirindəki rolunu daha da gücləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi infrastruktur layihələri Azərbaycanın bu sahədəki mövqeyini möhkəmləndirir. Bu dinamika ölkəmizin strateji nəqliyyat və logistika platformasına çevrilməsini sürətləndirir.
Nəticə etibarilə, III Şuşa Qlobal Media Forumu ölkənin strateji vizyonu və qlobal mövqeyini nümayiş etdirən əlamətdar bir hadisə oldu. Prezident İlham Əliyevin çıxışında vurğulanan prinsiplər – dürüstlük, beynəlxalq hüquqa sadiqlik, enerji təhlükəsizliyi, yaşıl inkişaf və rəqəmsal transformasiya Azərbaycanın XXI əsrin reallıqlarına uyğun, çoxşaxəli və davamlı inkişaf modelinə malik olduğunu təsdiqləyir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər