Gürcüstan azərbaycanlıları Baş nazir Əli Əsədova müraciət etdi
Tarix: 23-07-2025 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikası Baş Naziri Əli Əsədov cənablarına
Hörmətli Əli müəllim!
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası ərazisində COVİD-19 pandemiyası ilə əlaqədar 24 mart 2020-ci il tarixindən müvəqqəti olma müddəti uzadılmış əcnəbi və vətəndaşlığı olmayan şəxslərə məlum son müraciəti, Gürcüstan Respublikası vətəndaşı olan soydaşlarımız arasında ciddi narahatlıq yaratmışdır.
Pandemiya ilə əlaqədar, soydaşlarımızın sərhəd keçmədən Azərbaycan Respublikası ərazisində uzun müddət yaşaması onların iş, ev və bir çox məişət məsələlərinə təsir edərək, sosial həyatında dəyişikliklər yaratmışdır. Bu 5 il ərzində Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın sənədlərinin vaxtının keçməsi və onların yenilənməsi ilə bağlı problemlər yaranmışdır. Bir çox soydaşlarımız bu səbəbdən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydiyatsız yaşadığı üçün cərimə ödəməlidir. Digər tərəfdən Azərbaycan Respublikasında müvəqqəti yaşayan bu soydaşlarımızın əksəriyyəti kiçik maaşla işləyən və hər ay mənzil-kirayə haqqı ödəyən şəxslər olmasını, Bakı-Tbilisi-Bakı istiqamətində aviobiletlərin baha olmasını nəzərə aldıqda bu soydaşlarımız üçün kifayət qədər ciddi maddi çətinliklər yaradır.
Bununla əlaqədar soydaşlarımız "BORÇALI CƏMİYYƏTİ" İ.B-ə müraciət etmişlər. Qeyd olunanları nəzərə alaraq, "BORÇALI CƏMİYYƏTİ" İ.B Gürcüstan Respublikası vətəndaşlığı olan soydaşlarımızın maddi və sosial durumunu, sərhəd keçmə müddətinin qısalığını diqqətə alaraq, onların sərhəd keçmə müddəti vaxtının cari ilin sonunadək uzadılmasını xahiş edir.
Hörmətlə:
Ramiz Həsənov
"BORÇALI CƏMİYYƏTİ" İ.B-nin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər