Mobil versiya
İsrail: İsrailli məhbuslar azad edilməsə, cəhənnəmin qapıları açılacaq
Tarix: 23-07-2025 | Saat: 20:58
Bölmə:Özəl | çapa göndər

İsrail: İsrailli məhbuslar azad edilməsə, cəhənnəmin qapıları açılacaq

Təhdid xarakterli açıqlamalar verən İsrail müdafiə naziri İsrael Katz, "Qəzzadakı israilli məhbuslar tezliklə azad edilməsə, cəhənnəmin qapıları açılacaq" dedi.İsrailin Qəzza zolağına hücumları davam edərkən, İsrailin müdafiə naziri İsrael Katz hədələyici bəyanatla çıxış edib. Katz əsassız iddialarla çıxış edərək, "Yüksək rütbəli Həmas rəsmiləri məhbusları buraxmaqdan boyun qaçırır və lüks otellərdə şənliklər keçirir. Qəzzadakı israilli məhbuslar tezliklə azad edilməsə, cəhənnəmin qapıları açılacaq" deyib. İsrail və Qətərin ev sahibliyi etdiyi Həmas arasında İsrail və Fələstinli məhbusların azad edilməsini və İsrailin Qəzza zolağına humanitar yardım aparmasına icazə verən 60 günlük atəşkəs üçün danışıqlar davam edir.
Atəşkəs qüvvəyə minərsə, müharibəyə daimi son qoymaq üçün danışıqlara başlanacaq. Rəsmilər atəşkəsdən sonra İsrail qoşunlarının Qəzza zolağından nə dərəcədə geri çəkiləcəyi ilə bağlı İsrail və HƏMAS arasında hələ də fikir ayrılığının olduğunu deyirlər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025