Mobil versiya
Naxçıvanda fermerlərə müasir suvarma avadanlıqları güzəştli şərtlərlə təqdim olunacaq
Tarix: 23-07-2025 | Saat: 17:34
Bölmə:Ölkə | çapa göndər

Naxçıvanda fermerlərə müasir suvarma avadanlıqları güzəştli şərtlərlə təqdim olunacaq

Naxçıvan Muxtar Respublikasında iqlim dəyişikliklərinin təsiri fonunda su ehtiyatlarından səmərəli istifadənin təşviqi məqsədilə fermerlərə müasir suvarma avadanlıqları güzəştli şərtlərlə təqdim olunacaq.

aia.az Report-a istinadən xəbər verir ki, bunu Naxçıvanın kənd təsərrüfatı naziri Rafail Quliyev fermerlərlə keçirdiyi görüşdə bildirib.

Onun sözlərinə görə, nazirlik çiləmə və damlama üsulu ilə suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq məqsədilə müasir suvarma avadanlıqlarının satın alınaraq muxtar respublikaya gətirilməsi və həmin avadanlıqların güzəştli şərtlərlə fermerlərə satışı üzrə təkliflər hazırlayır. Layihənin yaxın müddətdə icrasına başlanacaq və bu istiqamətdə maarifləndirici tədbirlər də həyata keçirilir.

R.Quliyev qeyd edib ki, son illərdə iqlim dəyişikliklərinin təsiri ilə bölgədə su ehtiyatlarında azalma müşahidə olunur, bu isə kənd təsərrüfatında suya qənaət edən müasir texnologiyaların tətbiqini qaçılmaz edir. “Ənənəvi suvarma üsulları ilə su itkisi kifayət qədər yüksəkdir. Damlama və çiləmə sistemləri həm suya qənaət etməyə, həm də məhsuldarlığı artırmağa imkan verir,” – deyə nazir vurğulayıb.

O, əlavə edib ki, müasir suvarma sistemlərinin geniş tətbiqi yalnız su resurslarına qənaət deyil, həm də fermerlərin istehsal xərclərinin azalması, torpaq sahələrinin daha səmərəli istifadəsi və ümumilikdə kənd təsərrüfatında dayanıqlı inkişaf üçün mühüm rol oynayacaq.

Görüşdə muxtar respublikada aqrar sahədə mövcud vəziyyət, problemlər və onların həlli yolları, qarşıda duran əsas hədəflər ətrafında da müzakirələr aparılıb. Fermerlər torpaqların suvarılması, kənd təsərrüfatı texnikası ilə təminat, aqrotexniki xidmətlərin təşkili, subsidiya ödənişləri, gübrə və pestisidlərin əlçatanlığı kimi məsələlərlə bağlı üzləşdikləri çətinlikləri səsləndiriblər.

Nazir aldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-07-2025