Azərbaycan Mediası və Böyük Qayıdış: Sözlə Qurulan Zəfər
Tarix: 23-07-2025 | Saat: 17:13
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları hər zaman milli ideologiyanın, strateji baxışın və praktiki inkişafın bütöv vəhdətidir. Son çıxışında da dövlət başçısı iki mühüm istiqamətə - medianın inkişafına və “Böyük Qayıdış” prosesinin real nəticələrinə toxunaraq milli düşüncəni, dövlətçilik fəlsəfəsini və gələcəyə inamı dərin elmi-siyasi kontekstdə ifadə etmişdir. Bu çıxış həm ölkədaxili auditoriyaya, həm də beynəlxalq ictimai rəyə ünvanlanmış strateji mesajlarla zəngindir. Bu gün Azərbaycan mediası nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə də etibarlı informasiya mənbəyi kimi tanınır. Ölkə Prezidentinin vurğuladığı kimi, jurnalistlərimizin əsas missiyası təkcə xəbəri yaymaq deyil, həm də Azərbaycan həqiqətlərini dünyaya düzgün, arqumentli və ədalətli şəkildə çatdırmaqdır. Mediamız bu vəzifəni uğurla yerinə yetirir. Prezidentin dediyi kimi, bu, sadəcə xoş söz deyil, obyektiv reallığın ifadəsidir. Mediamızın nüfuzunun artması ilk növbədə jurnalistlərin peşəkar əməyinin və fədakarlığının nəticəsidir. Bu gün Azərbaycan informasiya cəbhəsində də fəal və prinsipial mövqe tutur. Dünya informasiya məkanında gedən dezinformasiya axınlarına qarşı durmaq və obyektiv mövqeyi müdafiə etmək məhz müasir medianın əsas vəzifələrindəndir. Prezident İlham Əliyev bu məsələni diqqət mərkəzinə çəkərək bildirib ki, bizim mediamız lazım gəldikdə hücuma da keçir. Bu isə yalnız passiv müdafiə mövqeyi ilə kifayətlənmədiyimizin, həm də informasiya mübarizəsində fəal iştirak etdiyimizin göstəricisidir.
Azərbaycan mediasının beynəlxalq aləmdə təhlil mövzusu olması, müxtəlif ölkələrdə məqalələrin oxunması və rəsmi mövqeyimizlə bağlı fərziyyələrin irəli sürülməsi bir daha sübut edir ki, media artıq milli təhlükəsizliyin əsas sütunlarından birinə çevrilmişdir. Cənab Prezidentin sözləri ilə desək, media informasiya savaşlarında dövlət maraqlarını müdafiə etmək gücünə malikdir və bu fakt yeni dövrün reallığıdır. Media deyəndə təkcə texnoloji platformalar yox, ilk növbədə jurnalistlər – əqidəli, bilikli, cəsarətli və vətənpərvər şəxslər nəzərdə tutulur. Onların əməyi sayəsində informasiya sahəsində də milli iradə və əzm təcəssüm olunur. Prezidentin bu sahəyə verdiyi yüksək dəyər hər bir media əməkdaşını daha da ruhlandırır və məsuliyyətini artırır. Digər tərəfdən, “Böyük Qayıdış” – müasir tariximizin ən möhtəşəm layihələrindən biridir. Bu layihə təkcə fiziki məskunlaşma yox, həm də mənəvi dirçəliş prosesidir. Prezidentin çıxışında qeyd etdiyi kimi, bu barədə danışmaq üçün ayrıca panellər, saatlarla davam edən təqdimatlar belə kifayət etməz. Çünki görülən işlərin miqyası sözlə təsvir olunmayacaq qədər geniş və təsirlidir. Son dörd il ərzində aparılan əsas infrastruktur layihələri artıq tamamlanma mərhələsindədir. Qarabağ və Şərqi Zəngəzur tam dairəvi elektrik sistemi ilə əhatə olunub. Yeni su elektrik stansiyaları bölgənin enerji müstəqilliyini təmin etməklə yanaşı, bütövlükdə ölkənin enerji sisteminə inteqrasiya olunub. 280 meqavatlıq su elektrik stansiyalarının fəaliyyəti təkcə texniki deyil, həm də ekoloji və strateji üstünlüklər yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu enerji artıq digər bölgələrə ötürülür, çünki hələlik bölgədə yaşayanların sayı istehsal olunan enerjinin miqyasına uyğun deyil. Bu, yaxın gələcəkdə əhalinin artacağına və daha geniş yaşayış fondunun inşa ediləcəyinə də bir işarədir. Yol infrastrukturunun keyfiyyəti və miqyası da bunu sübut edir – Ağdam-Xankəndi-Şuşa yolundakı 7 tunel, 80 kilometr uzunluğunda inşa edilən keçidlər, o cümlədən Murov dağının altındakı 11.7 kilometrlik tunel dünya səviyyəsində mühüm mühəndis layihəsi sayılır.
Dəmir yolu xətləri artıq Ağdama qədər uzanıb və Prezidentin iştirakı ilə Xankəndi istiqamətində təməlqoyma mərasimləri keçirilib. Bu, təkcə nəqliyyat rahatlığı deyil, həm də strateji inteqrasiyanın göstəricisidir. Eyni zamanda, Xankəndi ilə Şuşa arasında planlaşdırılan kanat yolu həm turizm, həm də gündəlik gediş-gəliş üçün çox əhəmiyyətlidir. Tikilən yaşayış binaları, məktəblər, xəstəxanalar təkcə fiziki struktur deyil, həm də sosial məzmun daşıyır. Prezidentin qeyd etdiyi kimi, Xocalının iki kəndinə artıq ailələr köçüb və bu, “Böyük Qayıdış” proqramının mərhələli reallaşdığını göstərir. 18 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bu, həm də xalqın dözümlülüyünün və dövlətin məsuliyyətinin ifadəsidir. Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti artıq 1500 tələbəyə təhsil verir, 300 müəllim burada çalışır. Təhsil sisteminin belə sürətlə bərpası Azərbaycanın elmi və maarifçilik ənənələrinin davam etdirilməsi baxımından çox əlamətdardır. Prezident bu prosesləri “möcüzə” adlandırır, lakin bu möcüzənin arxasında ağıllı siyasət, güclü idarəçilik və yüksək milli iradə dayanır. Ən mühüm amil isə insan kapitalıdır. Prezident İlham Əliyev də çıxışında qeyd edir ki, bu layihələr təkcə maliyyə ilə həyata keçirilmir. Əgər xalqın içində həvəs, vətən sevgisi və fədakarlıq yoxdursa, heç bir iş nəticə verməz. Qarabağda işləyən hər bir şəxs bu torpaqlara duyduğu eşqi əməli ilə ifadə edir. Bu torpaqlarda olmaq, burada qurmaq və yaşamaq xalqımızın neçə illərin həsrətinin, arzularının, dualarının bəhrəsidir. Bu gün “Böyük Qayıdış” Proqramı artıq reallaşmış layihədir. Təbii ki, qarşıda yeni mərhələlər var. Amma əsas odur ki, istiqamət aydındır, liderlik qətidir, xalqın iradəsi güclüdür. Aydan-aya, ildən-ilə daha çox insan doğma torpaqlara qayıdacaq. Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçələcək və Prezidentin dediyi kimi, cənnətin kiçik bir parçasına çevriləcək. Bu həm tarixi ədalətin bərpasıdır, həm də milli kimliyin yenidən doğuşudur. Bu, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli qürurunun əbədi rəmzidir. Azərbaycan mediası bu möhtəşəm prosesin şahidi, müşahidəçisi və iştirakçısı kimi öz missiyasını yerinə yetirəcək. Dövlət-mətbuat vətəndaş birliyi bu missiyanın reallaşması üçün zəmin yaradır.
Cənab Prezidentin çıxışında bir daha aydın görünür ki, media və “Böyük Qayıdış” bir-birini tamamlayan strateji istiqamətlərdir. Bir tərəfdə informasiya mübarizəsi, digər tərəfdə fiziki və mənəvi dirçəliş. Hər ikisinin arxasında isə güclü dövlət iradəsi, xalq sevgisi və tarixi məsuliyyət dayanır. Azərbaycanın gələcəyini qurmaq artıq abstrakt ideya deyil, reallıqdır – qurulan, yüksələn, zəfərlə bərqərar olan gələcək!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər