Mobil versiya
Paşinyan: Əbu-Dabidəki görüş Azərbaycanla müsbət nəticələr verə bilər
Tarix: 16-07-2025 | Saat: 17:34
Bölmə:Manşet / Dünya | çapa göndər

Paşinyan:

Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə aparılan danışıqlardan məmnunluğunu ifadə edib.

aia.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistan lideri Əbu-Dabidəki görüşün müsbət nəticələrə gətirib çıxara biləcəyini bildirib.

BƏƏ prezidentinə göstərdiyi dəstəyə, yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edən Paşinyan deyib ki, Əbu-Dabidəki danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.

O, indi bu barədə danışmağın düzgün olmadığını, müsbət nəticələr olarsa, hamının bunu görəcəyini vurğulayıb və əlavə edib ki, tərəflərin müsbət yanaşdığı bir neçə belə fikir var

“Ümid edirəm ki, bu formatda danışıqlarımızı Əbu Dabidə və ya başqa bir yerdə davam etdirəcəyik”, - o qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025