Mobil versiya
Portuqaliyalı gənc futbolçu boğularaq vəfat edib
Tarix: 16-07-2025 | Saat: 17:11
Bölmə:İdman | çapa göndər

Portuqaliyalı gənc futbolçu boğularaq vəfat edib

Portuqaliyanın “Despertar” klubunun futbolçusu Jorje Sarayva faciəvi şəkildə vəfat edib.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 15-də Kaşkaiş sahilində baş verib.

17 yaşlı futbolçu üç dostu ilə birlikdə çimərlikdə dincəlirmiş. Dənizə girdikdən sonra güclü axın onları aparıb. Xilasedicilər futbolçunun dostlarını sudan çıxarmağa müvəffəq olsalar da, Sarayvanın cəsədi yalnız müəyyən vaxt keçdikdən sonra tapılıb.

Sudan çıxarıldıqdan sonra ona ilkin tibbi yardım göstərilib. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025