Mobil versiya
Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulub?
Tarix: 16-07-2025 | Saat: 12:54
Bölmə:Təhsil | çapa göndər

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulub?

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

aia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, DİM imtahanların məzmununda hər hansı dəyişiklik olanda, 2 il öncədən məlumat verir.

O qeyd edib ki, ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında essəyə minimal bal tələbi qoyulsun.

N.Əliyev həmçinin magistraturada təhsil alan şəxslərin həm də əmək bazarında olacağını diqqətə çatdıraraq qeyd edib ki, yaxşı olar ki, universitetlərdə bu təhsil pilləsi üçün dərslər axşam saatlarında keçirilsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-07-2025