Eltun Süleymanov: "Qurtuluşdan Zəfərə: Milli Dövlətçiliyin banisi Ulu Öndər Heydər Əliyev"
Tarix: 10-06-2025 | Saat: 10:17
Bölmə:Manşet / Siyasət | çapa göndər

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi kimi yadda qaldı. Bu tarix yalnız bir siyasi şəxsiyyətin hakimiyyətə qayıdışı deyildi. Bu, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edilməsi, milli varlığımızın qorunması və gələcək Zəfərə doğru atılan ilk və ən mühüm addım idi. 1993-cü ilin həmin taleyüklü günündə xalqın çağırışı ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, əslində, dövlətin yenidən qurulması aktı idi.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycan, təəssüf ki, özünü idarəetməyə hazır deyildi. Daxili çəkişmələr, siyasi boşluq, separatizm və iqtisadi tənəzzül ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Gənc dövlətin konturları itməkdə idi. Məhz belə bir vaxtda xalqın son ümid yeri olan Heydər Əliyev Azərbaycanın xilası üçün Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilməsi ilə o, real siyasi hakimiyyəti ələ aldı və sistemli dövlət quruculuğu prosesinə start verdi. İlk günlərdən də Heydər Əliyev strategiyası sabitlik, inkişaf, perspektiv kimi özünü göstərdi. Ümummilli liderin idarəetmə fəlsəfəsi bir neçə əsas dayağa söykənirdi. Siyasi sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğu, milli maraqlara əsaslanan xarici siyasət və sosial-iqtisadi inkişaf. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası hüquqi əsasların möhkəmləndirilməsində dönüş nöqtəsi oldu. “Dövlətçiliyin əsasını qanunlar, sabitlik və xalqın iradəsi təşkil etməlidir”, – deyə Ulu öndər Heydər Əliyev bildirirdi. Ordu quruculuğu və Qarabağ xətti Ulu öndərin fəaliyyətinin əsasını təşkil edirdi. Ölkənin prioritetlərindən biri milli ordunun yaradılması idi. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində nizami ordu formalaşmağa başladı. Lakin o, yaxşı bilirdi ki, zaman gələcək və münaqişə danışıqlarla yox, güclü ordu və siyasi iradə ilə həll olunacaq. Bu baxımdan onun “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və belə də qalacaq!” fikri, əslində, gələcək Zəfərin ideoloji bünövrəsi idi. Ulu öndər deyirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev özündən sonra siyasi varis kimi İlham Əliyevi seçməklə, qurtuluş prosesinin davamlılığını təmin etdi. Bu seçim təsadüfi deyildi. Cənab Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi tarixi Qarabağ Zəfəri, əslində, ümummilli liderin vəsiyyətinin yerinə yetirilməsi, onun müəyyən etdiyi strateji xəttin təntənəsi idi. “Mənim həyat amalım bütün ömrümü həsr etdiyim Azərbaycan xalqına ləyaqətlə xidmət etməkdir”, – deyən Ulu öndər Heydər Əliyevin arzusunu məhz İlham Əliyev reallığa çevirdi. 15 İyun – təkcə tarixi bir dönüş nöqtəsi deyil, həm də müasir müstəqil Azərbaycanın əsasını qoyan bir başlanğıcdır. Bu gün qurtuluşun bəhrəsi olan suverenlik, sabitlik və inkişaf xətti davam edir. Azərbaycan bu yolda nəinki qalib gəlmiş, həm də bölgədə söz sahibi olan bir dövlətə çevrilmişdir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-06-2025