Mobil versiya
Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır
Tarix: 10-06-2025 | Saat: 09:44
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır

2 iyun 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində mühüm çıxış etdi. Onun nitqi təkcə rəsmi təbrik deyil, həm də ölkənin enerji siyasətinin hazırkı vəziyyətini və gələcək vizyonunu ifadə edən strateji mesajlar idi. Prezidentin çıxışı həm daxili auditoriya, həm də beynəlxalq tərəfdaşlar üçün bir növ yol xəritəsi funksiyasını daşıyırdı.Bu gün bütün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişikliyi və onun nəticəsində yaranan fəsadların aradan qaldırılmasıdır. Hazırda iqlim dəyişikliyinin təsirlərin azaldılması istiqamətində aktiv müzakirələr aparılır, bir sıra addımlar atılır. Bu mənada “yaşıl enerji” zonalarının yaradılması da mühüm əhəmiyyət kəsb edir. “Yaşıl enerji” istehsalı ekoloji fəsadlar yaradan karbon emissiyasının minimuma endirilməsi, ekoloji çirklənmənin qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.

Çıxışda Prezident İlham Əliyev beynəlxalq tərəfdaşlara açıq çağırış etdi.O, Azərbaycanı enerji sektorunda investorlar və texnologiya təminatçıları üçün etibarlı və gələcəyə hesablanmış bir ölkə kimi təqdim etdi. Bununla yanaşı, çıxışda qeyd olundu ki, Azərbaycan əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq bərabər hüquqlu və qarşılıqlı maraqlara əsaslanmalıdır. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.Möhtərəm Prezidentimiz mərasimdəki  çıxışında bildirib ki:” Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər həm də Azərbaycanın enerji siyasətinin ən gözəl təqdimatıdır. Bu sırada respublikamızın «yaşıl enerji»yə keçidlə bağlı həyata keçirdiyi tədbirlər   Bakı Enerji Həftəsində böyük maraqla qarşılanır. Məlumdur ki, son dövrlərdə dünyanın üzləşdiyi yeni çağırışlar dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutların müəyyən edilməsi kimi vəzifələri də gündəmə gətirir. Hazırda qlobal və regional enerji təhlükəsizliyinin ənənəvi enerji mənbələri hesabına təmin olunmasına böyük töhfələr verən Azərbaycan enerji sferasındakı bu yeni çağırışları da vaxtında və düzgün dəyərləndirir, bərpaolunan enerji növlərinin inkişafı istiqamətində layihələr həyata keçirir.Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.Azərbaycanda yaşıl enerjinin inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib və bu sahədə beynəlxalq şirkətlər və maliyyə institutları ilə sıx əməkdaşlıq həyata keçirilir. Əməkdaşlıq isə ölkəmizin tranzit imkanlarını artırır.Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, Azərbaycan 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da ölkənin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması Azərbaycan dövlətinin məsuliyyətini nümayiş etdirir.

Azərbaycanın uğurlu və mütərəqqi enerji siyasəti həyata keçirməsi dünyanın da qəbul etdiyi həqiqətdir. Eyni zamanda enerji istehsalındakı müasir tendensiyalar və çağırışlar da respublikamızda sürətlə reallaşdırılır ki, bu da qlobal enerji balansında respublikamızın çəkisini daha da artırır. Bakı Enerji Həftəsi isə həm Azərbaycanın bu sahədəki uğurlarını  dünyaya təqdim edir, həm də enerji bazarının tərəfləri arasında yeni əlaqələr qurmaq və perspektiv əməkdaşlıqlar üçün unikal imkanlar yaradır. Lakin bu hədəflərin reallaşması üçün daha çox konkret icra planları, ictimai hesabatlılıq və institusional çeviklik tələb olunur. Bakı Enerji Həftəsi bir daha sübut etdi ki, enerji siyasəti artıq təkcə neft və qazla deyil, etimad, texnologiya və ekoloji məsuliyyətlə ölçülür.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-06-2025