Mobil versiya
Səttar Möhbalıyev: “Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli gündəlik bir çox mühüm sahələri əhatə edir”
Tarix: 22-05-2025 | Saat: 09:51
Bölmə:Siyasət | çapa göndər

Səttar Möhbalıyev: “Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli gündəlik bir çox mühüm sahələri əhatə edir”

“Prezident İlham Əliyevin çevik və düşünülmüş siyasəti dünyada ciddi maraq doğurur. Onun ard-arda səfərləri, mühüm sənədlərə imza atması, etibarlı tərəfdaş imici ölkəmizə ciddi siyasi dividentlər gətirməkdə davam edir. Mayın 20-də Macarıstan Respublikasına səfər və keçirilən görüşlər də bu qəbildəndir. Macarıstan Respublikasının Baş naziri Viktor Orbanla görüşdən sonra ölkəmizin başçısı mətbuata bəyanatında çox mühüm məsələlərə toxundu və həm də müxtəlif mövqeli siyasi dairələrə ciddi mesajlar verdi. Qeyd edək ki, Azərbaycan -Macarıstan əlaqələri hər iki ölkə üçün önəmli xarakter daşıyır. Hər iki ölkə tarixi köklərə bağlı münasibətlərə malikdir. Dünya düzənində gedən qlobal dəyişikliklər dövründə belə münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Belə bir vaxtda Avropa İttifaqının üzvü olan Macarıstanın müstəqil siyasət yürütməsi, ədalətli mövqe tutması təqdirəlayiqdir və bunu cənab prezident İlham Əliyev öz bəyanatında xüsusi vurğuladı.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Daha sonra deputat cənab Prezidentİlham Əliyevin II Qarabağ müharibəsinin nəticələri barədə təqdim etdiyi açıqlamaların önəmini vurğulayıb: “Ölkəmizin 4 il yarım bundan əvvəl müharibə aparan, həm də azadlıq müharibəsi aparan ölkə olduğunu xatırladan ölkə başçısı bildirdi ki, biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur. İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində və BMT Nizamnaməsinə uyğun aparıldığını qeyd edən cənab Prezident İlham Əliyev bildirdi ki, nəticədə biz uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. Ermənistanla sülh prosesinin gedişinə toxunan ölkə başçısı bu sülh müqaviləsinin gec-tez, özü də Azərbaycanın irəli sürdüyü şərtlərlə imzalanacağını bir daha diqqətə çatdırdı və qeyd etdi ki, bunun üçün iki şərt vardır: “Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir.”

Sonda millət vəkili Azərbaycan-Macarıstan əlaqələrinin perspektivlərindən bəhs edib: “Ölkə Przidenti bəyanatında bildirdi ki, Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli gündəlik də kifayət qədər genişdir. Ölkələrimiz energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bunlar bir daha göstərdi ki, Azərbaycan-Macarıstan əlaqələri strateji hədəflərə hesablanıb və bu dost ölkə ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Bu günün ən böyük enerji layihələrindən biri olan “yaşıl enerji” siyasətindən bəhs edən cənab Prezident bu sahədə Macarıstanla əməkdaşlığın yüksək səviyyədə qurulduğunu bildirmişdir. Bəyanatının sonunda cənab Prezident İlham Əliyev Macarıstan Respublikasının Baş naziri Viktor Orbanın dövlət və milli maraqları hər şeydən üstün tutmasını alqışladığını və bir qardaş ölkə olaraq Azərbaycanın daim Macarıstana dəstək olacağını qeyd etdi” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025