Avropa Liqasının mükafatlandırma mərasimində biabırçılıq
Tarix: 22-05-2025 | Saat: 11:01
Bölmə:İdman | çapa göndər

UEFA Avropa Liqasının final matçından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanıb.
aia.az xəbər verir ki, turnirin qalibi olan "Tottenhem" mükafatlandırılan zaman futbolçuların hamısına medal çatmayıb.
Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb.
UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. O, boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.
Xatırladaq ki, "Tottenhem" finalda digər İngiltərə təmsilçisi "Mançester Yenayted"ə qalib gəlib - 1:0.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025