Azər Kərimli: “Türk İnvestisiya Fondunun yaranması Türk dövlətlərinin iqtisadi müstəqilliyinə və qlobal iqtisadiyyatda daha güclü söz sahibi olmasına ciddi töhfə verə bilər”
Tarix: 22-05-2025 | Saat: 12:38
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan-Macarıstan əlaqələri çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı” Proqramı, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün ikinci dəfə Macarıstanın paytaxtında keçirilməsi dediklərimizin təsdiqidir.”.
Bu fikirləri Budapeştdə TDT başçılarının qeyri-rəsmi görüşü ilə bağlı söhbətləşdiyimiz Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Millət vəkili TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət rəhbərlərinin Azərbaycana dəvət etməsini yeni İnvestisiya Fondunun yaranması baxımından əhəmiyyətli olacağını bildirdivə qeyd etdi: “Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur; Türk İnvestisiya Fondunun yaranması, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və ortaq inkişaf hədəflərinə çatmaq baxımından strateji əhəmiyyət daşıyır. Fond, TDT üzv ölkələr arasında investisiya əlaqələrini təşviq edərək regional iqtisadi inteqrasiyanı sürətləndirə bilər. Bu, ticarətin, infrastrukturun və maliyyə bazarlarının birləşdirilməsinə kömək edər. Üzv ölkələr arasında ortaq infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya layihələrinin maliyyələşdirilməsi mümkündür. Bu da iqtisadi dayanıqlığı artırar və bölgədə iş yerlərinin yaradılmasına şərait yaradar. Türk dövlətləri üçün Qərb maliyyə institutlarından asılılığı azaltmaq baxımından alternativ və daha çevik bir maliyyələşmə mexanizmi təmin edər. Bu, xüsusilə siyasi və iqtisadi təzyiqlərə qarşı dayanıqlılıq baxımından əhəmiyyətlidir. Həmçinin Fond, Türk dünyasının qlobal iqtisadi sistemdə daha fəal rol oynamasına imkan verir. Ortaq maliyyə qurumu olaraq çıxış etməsi, siyasi həmrəyliyi də gücləndirə bilər. Fond Türk dövlətlərinin iqtisadi müstəqilliyinə və qlobal iqtisadiyyatda daha güclü söz sahibi olmasına ciddi töhfə verə bilər”.
Azər Kərimli bildirib ki, Prezidentin nəqliyyat loqistika sahəsində reallaşdırılan layihələr barədə fikirlərinin ölkəmizin bu sahədəki aparıcı mövqeyindən xəbər verir. “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir.
Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir”. Millət vəkilinin fikrincə bütün sadalanan faktlar ölkəmizin TDT üçün əhəmiyyətini əyani şəkildə sübut edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025