Mobil versiya
Binəqədi rayonu 335 nömrəli tam orta məktəb dövlət təhsili sisteminin avanqardında mövqelərini möhkəmləndirir
Tarix: 22-05-2025 | Saat: 11:43
Bölmə:Özəl / Təhsil | çapa göndər

Binəqədi rayonu 335 nömrəli tam orta məktəb dövlət təhsili sisteminin avanqardında mövqelərini möhkəmləndirir

Bu gün Azərbaycanda təhsil sisteminin inkişaf etdirilərək ən qabaqcıl dünya standartlarına cavab verə biləcək bir səviyyəyə çıxarılması, dövlət siyasətinin prioritet olaraq müəyyənləşdirilmiş istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, Ölkə Prezidenti cənab İlham Əliyev hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb edilən zəruri amillərdən birinin də yüksək təhsil səviyyəsinin olduğunu dəfələrlə öz çıxışlarında xüsusi vurğulamışdır. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş təhsil strategiyası hazırda respublikanın bütün regionlarında və əlbəttə ki, xüsusilə paytaxt Bakıda uğurla həyata keçirilməkdədir. Bu məqsədlə tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də paytaxtın Binəqədi rayonudur.

Etiraf olunmalıdır ki, son illər bu rayonda təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır. Təbii ki, təhsil sahəsində əldə olunmuş uğurlu nəticələrdə rayonun bütün məktəb və digər təhsil müəssiəsi kollektivlərinin öz payı vardır. Bununla belə, tədris prosesində müasir metodikalarının və əksər hallarda yüksək effektivliyi ilə seçilən fərqli yanaşma üsullarının tətbiqi ilə digərlərini qabaqlayan təhsil müəssisələrinin xüsusi qeyd oluması da son dərəcə mühümdür. Çünki qabaqcıl təcrübələrin təbliği və yayılması istənilən halda ümumi inkişafı stimullaşdırır. Məhz bu baxımdan Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 335 nömrəli tam orta məktəbin nailiyyətləri və qabaqcıl təcrübəsi də bir çox digər müəssisələr üçün faydalı örnək ola bilər. Xatırladaq ki, Ölkə Prezidenti İlham Əliyev 2022-ci ildə bu təhsil müəssisəsinin açılışında şəxsən iştirak edib. Əlbəttə ki, belə yüksək etimadın və diqqətin qarşılığında da hər bir kollektivin yeni nailiyyətlərə imza atmaq üçün daha böyük əzmlə çalışmağı bir şərəf borcudur. Birmənalı olaraq deyə bilərik ki, bu gün 335 nömrəli məktəbin pedaqoji kollektivi Aynurə xanım Nəzərlinin rəhbərliyi ilə qarşıda duran vəzifələrin öhdəsindən bacarıq və ləyaqətlə gəlir. Başqa cür ola da bilməz. Çünki Aynurə xanımın bir rəhbər olaraq ilk növbədə özünə qarşı nümayiş etdirdiyi tələbkarlıq və prinsipiallıq bütün kollektivin də məsuliyyət hissini mütləq şəkildə gücləndirmiş olur. Tədris prosesinin yüksək səviyyədə aparılması, şagirdlərin mütəmadi olaraq müxtəlif xarakterli tədbirlərə cəlb edilməsi, uşaq və yeniyetmələrin möhkəm biliklərə sahib və eyni zamanda da həm fiziki, həm də mənəvi cəhətdən sağlam, milli-vətənpərvər ruhda formalaşmaları üçün maksimum səylərin göstərilməsi Aynurə Nəzərlinin rəhbərlik etdiyi 335 saylı məktəbin fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdir.

Yeri gəlmişkən bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, bu gün 335 nömrəli məktəbdə şagirdlərin bilik səviyyələrinin yüksək olması, təlim-tərbiyyə məsələləri ilə yanaşı uşaqların fiziki hazırlıqları da xüsusi diqqət mərkəzində saxlanılır. Məlumdur ki, orta məktəblərdə idman təlimləri şagirdlərin fiziki sağlamlığını, sosial bacarıqlarını və ümumi inkişafını təmin etmək üçün əhəmiyyətli faktor kimi şıxış edir. Bu baxımdan 335 saylı məktəbin idman və fiziki tərbiyə müəllimi İbrahim Məmmədovun fəaliyyəti də diqqəti cəlb edir. İbrahim müəllimin tədris proqramı ilə yanaşı müxtəlif kreativ ideyalarla təlim prosesini zənginləşdirmək bacarığı uşaqların bu fənnə olan marağını daha da artırır. Nəticədə bu məktəbdə idman dərslərində “icazəli” olan şagirdlərin sayı bəlkə də ən minimum səviyyədədir.

Əminliklə demək olar ki, Aynurə Nəzərlinin peşəkar rəhbərliyi altında 335 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlar.

E.Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025