Mobil versiya
Əziz Ələkbərli: “ Cənab Prezident İlham Əliyevin Bəyanatı çoxvektorlu və praqmatik siyasətin tezisləridir.”
Tarix: 22-05-2025 | Saat: 12:20
Bölmə:Manşet / Gündəm / Siyasət / Özəl | çapa göndər

Əziz Ələkbərli: “ Cənab Prezident İlham Əliyevin Bəyanatı çoxvektorlu  və praqmatik siyasətin tezisləridir.”

“Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Macarıstanla ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilir.
Onu da qeyd edək ki, Macarıstan öz potensialına görə regionda kifayət qədər nüfuzlu bir dövlət hesab olunur. Macarıstanın hədəfləri və siyasəti birmənalı olaraq fərqli müstəvidə həyata keçirilir. Bu mənada bu ölkə rəhbərliyinin Azərbaycana və ümumiyyətlə Türk dövlətlərinə münasibəti özünəməxsusluğu ilə seçilir.
Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında tranzit ölkə kimi Macarıstana verilən önəmin arxasında həm də siyasi maraqlarımız dayanır və bu maraqlar Azərbaycanın gələcək addımlarında da xüsusi rol oynayacaqdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrdə “orta güc” hesab edilən bu Avropa ölkəsinə son səfəri mühüm iqtisadi-siyasi əhəmiyyətə malikdir.”

Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.

Müsahibimiz ölkə başçısının mayın 20-də Macarıstana səfərinin nəticələrini yüksək qiymətləndirərərək cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirilən fikirlərin bunu əyani şəkildə göstərdiyini qeyd etmişdir: “Cənab Prezidentin bəyanatında da qeyd edildiyi kimi “hazırkı dünya düzənində gedən qlobal dəyişikliklər dövründə dövlətlərlə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi yüksək siyasi iradə tələb edir. Belə ölkələrdən biri də Macarıstandır və bu Avropa ölkəsi ilə Azərbaycanın ortaq dəyərləri, tarixi köklərə dayanan münasibətləri mühüm rol oynayır. Macarıstanla iqtisadi sahədə əməkdaşlığın nəticələrini cənab Prezident belə xarakterizə etmişdir: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır.”
Əziz Ələkbərli bildirib ki, “Azərbaycanın kifayət qədər böyük yaşıl enerji gündəliyində mühüm tərəfdaşlardan biri kimi Mcarıstanın xüsusi yeri və rolu vardır. Cənab Prezident İlham Əliyev bəyanatında bu qardaş ölkə ilə yaşıl enerji layihəsində əmkdaşlığın bundan sonra da yüksələn xətt üzrə davam edəcəyini bildirmişdir: “Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyük miqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.”
Millət vəkili müsahibəsinin sonunda qeyd etmişdir ki, “bəzən rəqəmlər və statistika quru təsir bağışlaya bilər. Lakin siyasətdə hər rəqəmin, hər sözün xüsusi mənası vardır. Ölkəmizin başçısının bəyanatında kifayət qədər sətiraltı mənalar, uzağa hədflənmiş fikirlər, eləcə də çoxlarına ünvanlanmış mesajlar yer alır. Bu fikirlər praqmatik, təcrübəli, hər bir addımı hesablanmış bir liderin, nəyi, necə və nə zaman deyəcəyini bilən dövlət başçısının həm Şərqə, həm də Qərbə doğru genişlənən çoxvektorlu siyasətinin tezisləridir. Yaxın gələcəkdə bu siyasətin müsbət nəticələrini hiss edəcək, biləcəyik.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025