Mövlana kəlamlarının işığında... - Fuad Biləsuvarlı yazır
Tarix: 21-05-2025 | Saat: 10:41
Bölmə:Özəl | çapa göndər

Mövlananın hikmətli kəlamları həmişə ruhumu titrədir. Bakı küçələrinin səs-küylü axarında, yol qırağında onun kitabını aldığım an, elə bil ki, qədim bir sirrin ağır, solğun naxışlarla örtülmüş qapısı aralanırdı.
Onun sözləri insanın həyatını anlamağa kömək edir, qəlbimizin sarı siminə toxunur, iliyimizə qədər hopur və bizi özümüzlə üz-üzə qoyur.
Mövlana yaradıcılığı ilə tanış olduqda, onun sözlərinin cazibəsi səni sanki başqa bir aləmə aparır. Hər səhifə yeni bir həqiqəti açır, hər kəlam ruhunun dərinliklərinə enir. Onun hikmətli sözləri insanı özünə ahənrüba kimi çəkir, sanki ruhundakı səsiz suallara cavab verir.
Məsələn, belə bir kəlamında insanın zənginliyini tamam başqa bir ölçüdə dəyərləndirir:
'Kasıbam deyə nə üzülürsən! Ağlın başında və dəstəksiz ayaq üstə dura bilirsənsə, ən zəngin qul sənsən. Bilmirsənmi?
Mövlana deyir ki, insan ruhən gümrah və ağlı aydın olduqda, artıq zəngindir. Çarəsizliyin daşını atmaq mümkündür, çünki Allah ona iki göz, iki əl, iki ayaq və düşünən bir beyin verib. Mübarizə aparmaq, çətinliklərə sinə gərmək, həyatın sınaqlarını qəbul etmək—bütün bunlar insanı yetkinləşdirən yoldur. Yaxşı günlərdə şükür etməyi, çətin günlərdə isə səbr etməyi öyrənmək—bax, həqiqi imtahan budur!
Mövlana kəlamlarında insanı çətinliklər qarşısında sınmamağa, güclü olmağa çağırır. O deyir ki, həyatda bizi sarsıdan ağrılar, əslində, ruhumuzu bərkitməyə xidmət edir. Çətinliklər bizi sınamaq üçün deyil, böyütmək üçün var.
Onun sözlərində dərin bir hikmət gizlənib—sanki zamanın sınaqlarına tab gətirən bir həqiqət.
"Səbr elə, çünki hər ağrı bir dərmandır."
Əgər zirvələri fəth etmək istəyirsənsə, böyük məqsədlərə çatmaq arzusundasan, ilk addım səbrdən başlayır. Səbrsiz insanın yolu natamam qalır, arzuları isə yarımçıq. Mövlana deyir ki, uğurun nərdivanı səbrdir—zirvəyə yalnız bu pillələrlə qalxmaq mümkündür.
Həyatın yolları həmişə düz və hamar olmur. Enişli-yoxuşlu yollarda insan çox maneələrlə üzləşir, sınır, amma güclənir. Mən də hər çətinliklə qarşılaşanda Mövlananın bu kəlamını yadıma salıram:
"Çıxacağım yerə səbri nərdivan edirəm."
Allah hər bir insanı fərqli iradə ilə yaradır—kimini səbrli, kimini isə səbrsiz. İnsanların hamısı səbrin gücünü dərk etmir, çünki o, sadəcə bir gözləmə deyil, eyni zamanda bir sınaqdır. Allah səbrlə bəndələrini yoxlayır, onların gücünü, dözümünü sınağa çəkir.
Bəziləri səbrin yalnız passiv gözləmə olduğunu düşünür, amma əslində o, ruhumuzu formalaşdıran qüvvədir. Səbr insanı gücləndirir, onu daha dözümlü, daha qətiyyətli edir. Səbr insanı gələcək uğurlara hazırlayır, hər şeyin dünəndən daha yaxşı olacağını göstərir. Mövlana bu hikməti belə ifadə edir:
"Səbr insanı yüksəldir—çünki o, insanın qüvvəsini sınayır, mənəvi inkişafına geniş imkanlar yaradır."
Hər kəsin həyatında çətinliklər var. Amma bu çətinliklərə yanaşmamız bizi müəyyənləşdirir—bəziləri onları aşmaq üçün iradəsini gücləndirir, bəziləri isə geriyə çəkilir. Mövlana bizə xatırladır ki, ağrı bizi məhv etmək üçün deyil, bizi böyütmək üçündür. Çətinliklərdən keçməsək, gücümüzü tapa bilmərik. Mübarizə bizə özümüzü dərk etməyi, zəifliklərimizi gücə çevirməyi öyrədir.

Mövlana, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığı insan həyatının sınaqlarını, mübarizəsini və ədalətsizliyi öz üslublarında əks etdirir.
Mövlana insanı ruhlandırır, mənəviyyatını yüksəldir, səbrli olmağa çağırır. Nizami xalqını əməksevərliyə yönəldir, zəhmətin insanı ucaltdığını göstərir. Füzuli isə “Şikayətnamə”də haqsızlığa qarşı susmayan bir səsə çevrilir.
İstər Mövlana, istər Nizami, istərsə də Füzuli—hər biri əsərlərində insanı mübarizliyə səsləyir, dözümlü olmağa çağırır. Mövlana insanın düşüncələrini sarsıdan hikmətli kəlamlarla ruhu oyadır, Nizami zəhmətkeşliyi tərənnüm edir, Füzuli isə cəmiyyətin qaranlıq tərəflərini ifşa edir.
Səbr, zəhmət, mübarizə—bu üç dahinin fəlsəfəsinin kökündə dayanan əsas sütunlardır. Mövlana deyir ki, səbr insanı yüksəldir. Nizami "Kərpickəsən qoca ilə cavan" hekayətində zəhmətin insanı ucaltdığını göstərir. Füzuli isə "Şikayətnamə"də səbrin və haqsızlığa qarşı mübarizənin gücünü poetik şəkildə ifadə edir.
Mövlana insanın daxili dünyasına mistik bir işıq gətirir, onun kəlamları ruha hopan hikmətli sözlərdir. Nizami didaktik və hekayəvi üslubu ilə real həyat həqiqətlərini oxucusuna çatdırır. Füzuli isə poetik ahəngdə öz zamanının haqsızlıqlarına etiraz edir.
Bu üç dahi şəxsiyyətin yazıları bir-biri ilə fərqli yollarla danışır—Mövlana insana mənəvi qida verir, Nizami zəhmətin gücünü göstərir, Füzuli isə cəmiyyətin ədalətsizliyini şikayətlə qələmə alır. Onların irsi zamanları aşır, insan ruhuna toxunur və düşüncələrimizdə əbədi yaşayır.
Ömrümüzün keşməkeşli yollarında insan saysız çətinliklə üzləşir. Bəzən o qədər süstləşirik ki, sanki içimizdəki qüvvə əriyib yox olur.
Belə ağır anlarda içimizdəki ümid işığı daim yanmalı, biz isə onun sönməsinə əsla icazə verməməliyik. Mövlana deyir:
"Qaranlıqdan qorxma, çünki orada ulduzlar parlayır."
Həyatın ən qaranlıq gecələrində belə ümidimizi qorumaq lazımdır. Çünki yenə sabah doğacaq, yenə günəş şəfəqlərini saçacaq, arzularımızın ardınca getmək üçün, nə qədər kiçik olsa da, bir yol tapılacaq. Əslində, qaranlıq ona görə mövcuddur ki, ey insan, işığın qədrini biləsən.
Heç bir əziyyətə baxmayaraq, hər kəs gələcəyə doğru addımlamalıdır. Çünki fədakarlıq insanın özünəinamını artırır, onu daha da möhkəm bir şəxsiyyət kimi formalaşdırır. Səbir və qətiyyət insanın önündəki qapıları açan açarlardır.
İstər Mövlana, istər Nizami, istərsə də Füzuli—hər biri yaradıcılığında mübarizlik, dözüm, qüvvət, Allaha sevgi və cəmiyyətə məhəbbət kimi dəyərləri əks etdirir. O müdrik babaların kəlamlarından güc alaraq, həyatda nə qədər zülmə məruz qalsaq da, sınmamalı, daha qüvvətli olmalıyıq.
Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər